Icma.az
close
up
RU
Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada deyilir.

Bildirilib ki, bu məqsədlə 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.

Həmçinin qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.

Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan 1 cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.

İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etmək.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib.

Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (o cümlədən SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib, onlardan 14-ü bilavasitə Xidmətin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələbləri səviyyəsində tərtib olunmasının təmin edilməsini əhatə edib. Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə və 10 vəzifəli şəxsə, habelə 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb.

Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.

Hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri