Bu il hotellərin 75 faizi boş qalıb: Ən aşağı göstərici Laçında olub
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25 faiz olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (24.8 faiz) cüzi artımı göstərir.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, ən yüksək tutum səviyyəsi Şabranda qeydə alınıb və 46.9 faiz təşkil edib. Onu 46.7 faizlə Naftalan, 36.9 faizlə Bakı, 33.4 faizlə Qusar, 27.4 faizlə Sabirabad izləyib.
Ən aşağı göstəricilər isə Laçın rayonunda müşahidə olunub. Laçında tutum səviyyəsi 16.4 faiz. Digər aşağı səviyyələr sırasına Xaçmaz (16.5 faiz), Qax (17.4 faiz), Biləsuvar (18.2 faiz) və Bərdə (19.4 faiz) daxildir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6.1 faiz artaraq 3 milyon 469.3 min olub.
Baxış sayı:74
Bu xəbər 29 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















