Bu il istintaqı tamamlanmış işlər üzrə ziyanın 21 milyon manatı ödənilib, 13 milyonluq əmlaka həbs qoyulub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cari ilin birinci yarısında prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş kollegiya iclasında deyilib.
Bildirilib ki, istintaq tədbirləri ilə dəymiş ziyanın 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub. Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Altı ayda korrupsiya cinayətləri üzrə vurulan ziyanın 5,6 milyon manatı ödənilib
18 İyul 2025 14:10
33,4 milyon manat əmlaka həbs qoyulub Baş prokuror
27 Yanvar 2025 09:55
Bu ərazilər üzrə pensiyalar ödənilib
08 May 2025 10:34
Bu ərazilər üzrə fevral ayının pensiyaları ödənilib
11 Fevral 2025 10:49
Bu hallarda aliment əmlaka yönləndirilə bilər
10 Aprel 2025 16:47

