Icma.az
close
up
RU
Bu il nar niyə bahadır? İstehsalçı da uduzur, alıcı da...

Bu il nar niyə bahadır? İstehsalçı da uduzur, alıcı da...

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bu il narın satış qiymətlərinə nəzər saldıqda, əvvəlki illərlə müqayisədə bahalaşmanın daha kəskin olduğu görünür. Hətta narın simvolu sayılan, geniş bağları və bolluğu ilə tanınan Göyçayda belə məhsul qıtlığı özünü göstərir.

Satıcıların sözlərinə görə, həm bağlarda barın azalması, həm də yetişmə dövründə əlverişsiz hava şəraiti səbəbindən bazara çıxarılan narın həcmi xeyli aşağı düşüb. Nəticədə həm çeşid baxımından, həm də ümumi satış həcmi əvvəlki illərlə müqayisədə daha zəif olub ki, bu da birbaşa qiymətlərə təsir göstərib.

Bəs məsələnin kökündə hansı amillər dayanır?

Vahid Məhərrəmov: Məhsuldarlıq artarsa, həm kəndli, həm fermer, həm də istehlakçı qazanacaq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, təəssüflər olsun, Azərbaycanda nar və digər bu kimi məhsulların istehsalı hələ də dayanıqlı deyil:

"İstehsalı qaydasına salmaq üçün bir sıra problemlər mövcuddur və bunlar öz həllini tapmalıdır. Birinci növbədə fermerlərin maarifləndirilməsi vacibdir. Onların bilik və bacarıqları artırılmalı, aqrotexniki qaydalara düzgün əməl etmələri təmin olunmalıdır”.

Onun sözlərinə görə, bu il təklifin azalması və narın bahalaşmasının əsas səbəbi məhsuldarlığın aşağı düşməsidir. Yəni, daha az məhsul istehsal olunub və bu da o deməkdir ki, nar istehsalı ilə məşğul olan kəndlilərin və fermerlərin gəlirləri azalacaq, onlar ciddi ziyana uğrayacaqlar:

“Təbii ki, istehlakçını keyfiyyətli və əlçatan qiymətli nar maraqlandırır. Amma istehsalçıların maarifləndirilməsi, onların problemlərinin həll edilməsi olmadan bu mümkün deyil. Fermerlərin əsas problemləri su çatışmazlığı, keyfiyyətli gübrə və pestisid qıtlığıdır. Mən sadəcə bir neçəsini qeyd etdim, amma problemlərin siyahısı daha genişdir”.

Müsahibimizə görə, hazırkı dövrdə əsas məqsəd rəqabətqabiliyyətli məhsul istehsalına nail olmaqdır:

“Mən özüm də bu gün nar almağa getmişdim və gördüm ki, keyfiyyət aşağı, qiymət isə yüksəkdir. Bu, tamamilə yanlış nisbətdir. Əksinə, keyfiyyət yüksək, qiymət isə əlçatan olmalıdır. Bunun üçün məhsuldarlıq ən azı iki dəfə artırılmalıdır. Məhsuldarlıq artarsa, həm kəndli, həm fermer, həm də istehlakçı qazanacaq. Fermer qiyməti süni şəkildə artırmaqla deyil, istehsalı genişləndirərək dövriyyədən qazanc əldə edəcək. Bu isə həm məmurları, həm sahə üzrə mütəxəssisləri, həm də fermerləri düşündürməlidir".

Müsahibimiz əlavə edib ki, son illər məhsuldarlığın aşağı düşdüyünü görürük:

"Mənim çox tanışım narçılıqla məşğul idi, amma artıq bu sahədən çıxıb başqa işə keçiblər. Orada da yüksək qazanc əldə etmirlər, sadəcə nar istehsalında vəziyyət daha ağır olduğuna görə sahə dəyişikliyi ediblər. Azərbaycanda məhsul istehsalı dayanıqlı olmadığı üçün bu problemlər yaşanır”.

Bəs gələcəkdə nə edilməlidir? Həmsöhbətimiz qeyd edib ki, məhsuldarlığın artması, məhsul keyfiyyətinin yüksəlməsi və qiymətlərin əhali üçün əlçatan olması üçün fermerlər və kəndlilər maarifləndirilməli, onların bilik və bacarıqları artırılmalıdır. Fermerlərin istehsal vasitələrinə olan tələbatı - su, gübrə, pestisid və digər resurslarla təminat yaxşılaşdırılmalıdır. Ölkəyə gətirilən gübrə və digər vasitələr üzrə rəqabət yaradılmalı, monopoliyaya yol verilməməlidir ki, keyfiyyət yüksəlsin, qiymətlər isə ucuzlaşsın:

“Bu problemlər öz həllini tapsa, Azərbaycanda nar istehsalı daha dayanıqlı olar, fermer və kəndlilər qazanclı çıxar, əhali isə keyfiyyətli və münasib qiymətli məhsulla təmin edilər".

Natiq Cəfərli: Problemin kökündə mövsümlə bağlı faktorlar da rol oynaya bilər

İqtisadçı ekspert Natiq Cəfərli isə Bakıvaxtı.az-a deyib ki, problemin kökündə mövsümlə bağlı faktorlar da rol oynaya bilər:

"Meyvə məhsulları mövsümdən mövsümə dəyişir, bəzi illərdə məhsul bolluğu, digər illərdə isə məhsul azlığı müşahidə olunur. Hətta bağlar da bir il daha çox, növbəti il isə daha az bar verə bilər. Narın qiymətlərindəki artımın səbəblərindən biri də bu ola bilər”.

İqtisadçıya görə, digər səbəb isə narın ixrac potensialı ilə bağlıdır. Dediyinə görə, ilin sonunda ixrac rəqəmləri dəqiq bəlli olacaq:

“Əgər nar ixracı artıbsa, bu zaman daha çox məhsul xaricə göndərildiyi üçün daxili bazara daha az nar daxil olur. Nəticədə bazarda narın həcmi azalır və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Əslində, bu sahəyə ciddi diqqət yetirilməlidir, çünki çox böyük potensiala malikdir. Dünyada narın özü də, nar şirəsi də böyük tələbat görür. Bu baxımdan bağçılığın inkişafı üçün daha geniş təşviq proqramlarına ehtiyac var".

Facebook WhatsApp Telegram Twitter Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri