İstehsalçı alıcı tələbini necə cavablandırır?
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
200-dən çox sahibkarlıq subyektinin nümayəndəsinin iştirak etdiyi görüşdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin bu tələblərə uyğunlaşdırılması istiqamətində tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirilir. Bu silsilədən olan növbəti maarifləndirici görüş Lənkəran şəhərində təşkil olunub.
Agentliyin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 200-dən çox sahibkarlıq subyektinin nümayəndələri iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Emin Quliyevin açılış nitqindən sonra agentliyin istehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı, istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov, eləcə də haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin sektor müdiri Röyal Rəhimov təqdimatla çıxış ediblər.
Təqdimatlar zamanı agentlik və onun fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət sahələri və bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin istehlakçı hüquqlarının müdafiəsi, bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri və reklam qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər ətraflı izah edilib, agentlik tərəfindən aparılan geniş maarifləndirmə fəaliyyəti və mövcud problemlərin həlli istiqamətində görülən işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.
Bundan əlavə, sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması, eləcə də reklam qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.
XQ
Baxış sayı:91
Bu xəbər 30 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















