Bu il qeyri neft qaz sektorunda 0,2 faiz artım qeydə alınıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artıb.
ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın aqrar sektorunda artım qeydə alınıb
10 İyul 2026 22:14
Neft qaz sektorunda 1.8% azalma qeydə alınıb Baş nazir
09 Dekabr 2025 13:24
Azərbaycanın qeyri neft qaz sektorunda iqtisadi artım yavaşlayıb
11 Sentyabr 2025 11:06
Qeyri neft qaz sektorunda artım iqtisadi fəallığı gücləndirib
12 Avqust 2026 12:44
Qeyri neft qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir
21 Sentyabr 2026 16:08
Baxış sayı:123
Bu xəbər 13 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















