Icma.az
close
up
RU
Bu il toy dalınca toy oldu Adlar

Bu il toy dalınca toy oldu Adlar

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ildə şou-biznesin bir çox nümayəndəsi subaylığın daşını atıb. Bir çox sənətçinin isə evində "Vağzalı" çalındı. 

Axşam.az 2025-ci ildə nikah masasına əyləşən və evində toy olan məşhurların siyahısını təqdim edir:

2025-ci ildə toyu baş tutanlar arasında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsi yer alıb. Z.Xanlarovanın adını daşıyan nəvəsi Zeynəb Tamerlan adlı bəylə ailə qurub. 

Bu il mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə Rüfət adlı bəylə ailə qurub.

“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşov oğlu Kamala toy edib. Gecədə Xalq artisti Aygün Kazımova, Emin Ağalarov, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Bundan başqa, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov), gürcü əsilli müğənni Brendoun Stoun da məclisə qatılanlar arasında yer alıb. Məclis mediaya qapalı şəkildə keçirilib.

Xalq artisti Səidə Quliyevanın oğlu Fərhad Ülkər adlı xanımla evlənib.

2025-ci ildə müğənni Akif İslamzadə oğlu Ayxana toy edib. 

Bu il Xalq artisti Rasim Balayevin nəvəsi Sevilin Cəmil adlı bəylə toyu baş tutub.

Müğənni Nadir Qafarzadənin oğlu Əziz də subaylığa son qoyub. O, Sevil adlı xanımla nikah masasına əyləşib.

Bu il övladını evləndirənlər arasında meyxanaçı Vüqar Əbdülov da yer alıb. Onun qızı Səriyyə Ankaraya gəlin köçüb. O, Ömür adlı bəylə ailə qurub. 

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin evində də toy olub. Belə ki, bəstəkarın qızı Banuçiçək Mehrac adlı bəylə ailə qurub.

İl ərzində "Bakılı oğlanlar" komandasının üzvlərindən olan Emil Abbasov da oğlu Əliyə toy edib. Əli Nigar adlı xanımla nikah masasına oturub. 

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun futbolçu oğlu Musa Qurbanlı da il ərzində subaylığın daşını atıb. İdmançı Əsmər adlı xanımla nikah masasına əyləşib.

Bu il Məşədi Dadaş məscidinin mərhum imamı hacı Şahin Həsənlinin qızı Fatimə Həsənlinin də toy mərasimi keçirilib.

Əməkdar artist Nurlan Növrəsli isə bu il ikinci dəfə nikah masasına əyləşib.

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kazımov 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə evlənib.

Əməkdar incəsənət xadimləri, mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin qızı Minirə Əsgər adlı bəylə ailə qurub.

Əməkdar artist Rövşən Kərimduxtun ailəsində də toy olub. Aktyorun qızı Fatimə ailə qurub. Fatimə Əlican adlı bəylə nikah masasına oturub.

Aparıcı İlqar Mikayıloğlu övladı Mikayılı evləndirib. 

Rejissor Emil Abdullayevlə aktrisa Ləman Mərrihin də toyu bu il baş tutub.

Reper Orxan Zeynallının (AİD) Nərgiz adlı xanımla evlənib. Bu, Orxanın ikinci evliliyidir.

İl ərzində subaylığın daşını atan tanınmışlardan biri isə aktyor Kənan Yusifov olub. 

Bloger Nəcibə Əhmədlinin (Nadjiba) Qədir Şirinov adlı bəylə ailə qurub. Cütlük il ərzində həm Bakıda, həm də İtaliyadakı Komo gölü ətrafında da toy etmişdi. 

Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin isə bu il nişanı olub. Sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladı olan Mövlanə Fərid adlı şəxslə nişanlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri