Icma.az
close
up
RU
Bu, Şuşada axırıncı toy oldu Zərərçəkmiş

Bu, Şuşada axırıncı toy oldu Zərərçəkmiş

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan və digər erməniəsilli şəxslərin bu gün Bakı Hərbi Məhkəməsində davam edən məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Ağalar Əliyev ifadə verib.

Axar.az xəbər verir ki, zərərçəkmiş şəxs Ağalar Əliyev Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib. O, Ermənistanın Azərbaycana ərazi iddiaları olan vaxt hüquq-mühafizə orqanlarında çalışdığını deyib.

A.Əliyev “Miatsum hərəkatı” proseslərinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını xatırladaq qeyd edib:

“Dedilər ermənilər tələb edirlər ki, Qarabağ Ermənistana verilməlidir.

Əvvəlcə daş terroruna başladılar. Daş terroru ondan ibarət idi ki, Şuşadan kənara gedən bütün maşınları, o cümlədən avtobusları Əsgəranda, Xankəndinin girəcəyində, Xanabadda yığışan erməni kütləsi daşa basırdı. Bu zaman kimsə yaralanırdı, kiminsə maşınının şüşəsi qırılırdı. Sonralar ağır silahlarla yaşayış məntəqələrini atəşə tutmağa başladılar. 1991-ci il noyabrın 20-də bizim vertolyotu vurdular. Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi. Bu, Şuşada axırıncı toy oldu. Həmin günü birinci dəfə idi ki, ermənilər Şuşanı ağır silahlarla yaylım atəşinə tutdular. Demək olar ki, şəhəri lərzəyə saldılar”.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd etdi ki, əfsuslar olsun, bizim onlara cavab vermək üçün heç nəyimiz yox idi. Onların isə əksinə, hər şeyləri var idi - 366-cı motatıcı alay Xankəndidə yerləşirdi, orada xidmət edən zabitlərin, hərbi qulluqçuların çoxu erməni idi. Biz öz tabel silahımıza bir dənə güllə tapmayanda, onlarda dolu silahlar var idi.

O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən danışıb:

“Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da”.

A.Əliyev erməni tərəfi ilə danışıqlarda iştirak etdiyini deyib. Qeyd edib ki, bir dəfə əsir və girovları dəyişdirəndən dərhal sonra erməni tərəfi onların avtobusunu atəşə tutub. Nəticədə girovluqdan xilas edilən yaralı azərbaycanlı yenidən xəsarət alıb.

O, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını, onun “Sovetskiy Karabax” qəzetinin redaktoru olduğunu bildirib. A.Əliyev qəzetdə azərbaycanlıların öz torpaqlarından didərgin salınmalarına çağırış edildiyini söyləyib. Buna nümunə kimi isə sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın həmin qəzetə verdiyi müsahibəsini göstərib.

Ardınca zərərçəkmiş şəxslərin nümayəndələri, müdafiəçilər və təqsirləndirilən şəxslər zərərçəkmişə suallar veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan zərərçəkmiş şəxsin dediklərinə münasibət bildirərək, 1992-ci ildə “Sovetskiy Karabax” qəzetinin artıq çap edilmədiyini, həmin nəşrdə redaktor müavini işlədiyini, zərərçəkmiş şəxsi tanımadığını iddia edib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 28-də davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Aprel 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri