Bu ilin 8 ayında Azərbaycanda hər bir istehlakçı orta hesabla ayda 628 manat xərcləyib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 12 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 51,5 milyard manat olmaqla 2024-cü ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 5 faiz artıb, ümumi dəyərin 78,6 faizini pərakəndə ticarət dövriyyəsi, 18 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 4,9 faiz artaraq 49,4 milyard manata bərabər olub, onun 43,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 628,4 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,8 manat çox vəsait xərcləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















