Bu il Azərbaycanda bir istehlakçı orta hesabla ayda 636 manat xərcləyib
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Bu ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 26,1 milyard manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025- ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.
Ümumi dəyərin 76,9 faizini pərakəndə ticarət dövriyyəsi, 19,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,2 faiz artaraq 24,9 milyard manata bərabər olub, onun 41,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 636,2 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,7 manat çox vəsait xərcləyib. Bu məbləğin 489,5 manatı pərakəndə ticarətin payına düşüb. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 39,7 manat çox olub, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 272 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 May 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















