Icma.az
close
up
RU
Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,9 faiz artıb

Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,9 faiz artıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 23 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16,1 faiz artaraq 5,6 milyard dollar təşkil edib (mütəşəkkil olmayan ticarət istisna olmaqla).

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Hesabat dövründə ölkəyə 4,2 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının göstəricisindən 20,1 faiz çoxdur. İxracın həcmi isə 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,7 faiz artaraq 1,4 milyard dollar təşkil edib.

Gürcüstanın ticarət saldosunun kəsiri 2,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 28,8 faiz çoxdur.

Qeyd olunan dövrdə Gürcüstan-Azərbaycan ticarət dövriyyəsinə gəlincə, ötən illə müqayisədə 1,9 faiz artım qeydə alınıb ki, bu da 305,5 milyon dollar vəsait təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 5-ci yerdə qərarlaşıb.

Hesabat dövründə ABŞ Gürcüstanın əsas ticarət tərəfdaşları arasında birinci yerdədir. Belə ki, iki ölkə arasında xarici ticarət dövriyyəsi 670 milyon dollar təşkil edib.

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə 663,3 milyon dollarla ikinci, Rusiya 642,8 milyon dollarla üçüncü, Çin isə 443,5 milyon dollar ilə dördüncü yerdə qərarlaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri