Icma.az
close
up
RU
Bu ilin ən aşağı və ən yuxarı temperaturu AÇIQLANDI

Bu ilin ən aşağı və ən yuxarı temperaturu AÇIQLANDI

Icma.az, Manset portalına istinadən məlumat verir.

2024-cü il ərzində ölkə ərazisində müşahidə olunan hava proqnozu açıqlanıb.

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Xidmət rəisinin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub.

İl ərzində maksimal temperatur avqustun 5-i müsbət 39 dərəcə, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i müsbət 43.5 dərəcə qeydə alınıb.

O qeyd edib ki, 2024-cü il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub: “İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”

Xidmət rəisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib. Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub.

İlin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri