Icma.az
close
up
RU
Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 280 konteyner qatarı göndərib

Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 280 konteyner qatarı göndərib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin əvvəlindən Çin Orta Dəhlizlə Avropaya 280 konteyner (blok) qatarı göndərib.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, bu gün qurumda Çinin Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADY sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib.

O, qeyd edib ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinlə əməkdaşlığı Kəmər və Yol Təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır.

Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.

Çinin Sian Beynəlxalq Limanının (“Xi'an International Port”) İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun Azərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Bu ilin sonuna kimi Çindən 300-dən çox konteyner (blok) qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün qatar sayının 3 dəfədən çox artırılaraq 1 000-ə çatdırılması planlaşdırılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri