Bu imtahanda 2 fənn ləğv edilir? Rəsmi
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.
"Cebheinfo.az" Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur.
Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.
Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
Qanunvericilik: 50 sual
Məntiq: 30 sual
Emosional intellekt: 20 sual
Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.
***
Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin gözlənilməsi ilə bağlı məlumatın heç bir hüquqi əsası yoxdur.
Bu barədə Oxu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək:
"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.
Test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq", - deyə məlumatda qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Noyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















