Icma.az
close
up
RU
Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda dövlət büdcəsində yaranan profisit iqtisadiyyatın real vəziyyəti və hökumətin xərcləmə siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri uzun illər dövlət büdcəsi hesabına həyata keçirilən xərclər olduğu halda, son dövrlər dövlət vəsaitlərinə qənaət edilməsi, xərclərin məhdudlaşdırılması və büdcəyə daha çox vəsait cəlb olunmasının ön plana keçməsi iqtisadi fəallığa təsirsiz ötüşmür. 

Ekspertlərin fikrincə, mövcud iqtisadi model dəyişdirilmədən büdcə xərclərinin azaldılması iqtisadi artım tempinin zəifləməsinə, biznes fəallığının aşağı düşməsinə və əhalinin gəlirlərinin azalmasına gətirib çıxara bilər.

Məsələnin aktuallığını artıran əsas məqamlardan biri də iqtisadi artım göstəriciləridir. Məhz 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda iqtisadi artım 0 faiz təşkil edib. Bu mənzərə dövlət büdcəsində milyardlarla manat profisitin yaranması ilə müqayisədə xüsusilə diqqət çəkir.

Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.

Hesabat dövründə büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib. Bir tərəfdən büdcəyə daxil olan vəsaitlərin xərcləri əhəmiyyətli dərəcədə üstələdiyi, digər tərəfdən isə ilin ilk beş ayında iqtisadi artımın sıfır səviyyəsində qaldığı bir vəziyyət ortaya çıxır.

Bu isə büdcə vəsaitlərinin iqtisadiyyata hansı həcmdə və hansı istiqamətlərdə yönəldilməsi məsələsini aktuallaşdırır. 

Dövlət xərcləri yalnız sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi deyil, eyni zamanda tikinti, istehsal, nəqliyyat, ticarət və xidmət sahələrində əlavə iqtisadi dövriyyənin yaranması deməkdir. Dövlət sifarişlərinin və layihələrinin azalması həmin sahələrlə yanaşı, onlarla əlaqəli çoxsaylı sahibkarların və işçilərin gəlirlərinə də təsir göstərə bilər.

Maliyyə naziri Sahil Babayev isə Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır.

Bütün bunlar isə dövlət büdcəsində yaranan profisitin iqtisadiyyata real təsiri, hökumətin qənaət siyasətinin nə dərəcədə əsaslı olması və büdcə vəsaitlərinin daha səmərəli şəkildə iqtisadi dövriyyəyə yönəldilməsi imkanları ilə bağlı müzakirələri aktuallaşdırır.

Büdcədə milyardlarla manat profisit olduğu halda, iqtisadiyyatın müxtəlif sahələrində durğunluqdan danışılması hansı ziddiyyətdən xəbər verir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ənənəvi sistem neft pullarının xərclənməsi üzərində qurulub:

“Neft Fondundan dövlət büdcəsinə vəsait transfer edilir və həmin vəsaitlər xərclənir. Lakin bu prosesdə çoxsaylı suallar açıq qalır. Büdcə vəsaitlərinin səmərəli bölüşdürülməsi, xərclərə nəzarət və ayrılan pulların düzgün istiqamətlərə yönəldilməsi ilə bağlı məsələlər var.

Dövlət 2015-ci ildən etibarən postneft dövrünə keçməyə, neftdən asılılığı azaltmağa çalışır. Təbii ki, bu proses büdcə xərclərinə qənaət edilməsi ilə də bağlıdır.

Neft gəlirlərinin büdcə vasitəsilə xərclənməsi modeli 2000-ci illərdən tətbiq olunur və artıq təxminən 25 illik tarixə malikdir. İndi tədricən Neft Fondundan və neft pullarından asılılıq azaldılır. Əsas məsələ bu keçidin düzgün həyata keçirilməsi və mövcud vəsaitlərin daha səmərəli xərclənməsidir.

Neft bir neçə ildir bahalaşıb. Bu il İran müharibəsinə görə, son iki-üç ildə isə Rusiya-Ukrayna müharibəsi, eləcə də İran ətrafında baş verən hadisələr fonunda enerji bazarında vəziyyət dəyişib.  Bu dövrdə Azərbaycanın neft hasilatı kəskin azalıb.

Qaz satışımız isə artıq pik həddə çatıb. Mövcud boru kəmərlərinin ötürmə gücü və indiyədək yatırılan investisiyalar qaz ixracını daha da artırmağa imkan vermir.

Yeni boru kəmərlərinin genişləndirilməsi məsələsi 2022-ci ildən müzakirə olunsa da, Avropa tərəfi bu istiqamətdə investisiya yatırmaqda maraqlı deyil”.

Onun sözlərinə görə, biz tədricən imkanlarımızın real həddinə yaxınlaşırıq:

“Buna görə də əlavə gəlir mənbələrinin axtarılması vacibdir. Bu 25 ildə dövlət neft gəlirlərini xərcləyib, vətəndaşdan vergi tələb etməyib. Vətəndaşın dövlət qarşısında əsas öhdəliklərindən biri vergiləri ödəməkdir. İngilis atalar sözündə deyildiyi kimi, “Vergidən və ölümdən qaçmaq mümkün deyil”. Yəni gəlir əldə edən hər kəs vergi ödəməlidir. Bu məsələyə bir mütəxəssis kimi yanaşmalıyıq.

Aşağı əməkhaqqı ilə çalışanlar da, yəni  ayda 400-450 manat qazananlar da vergi ödəyirlər. Təbii ki, daha yüksək gəlir əldə edənlər daha çox vergi ödəməlidirlər. Bu, normaldır. Bildirim ki, insanlar indiyədək vergi ödəyiblər. Hesab edirəm ki, dövlət büdcəsində yaranan profisit və onun səbəbləri ciddi araşdırılmalıdır. 

Gəlirlərimiz artdığı üçün profisit yaranıb, yoxsa büdcə vəsaitlərinin xərclənməsinə yanaşma dəyişib? Başqa sözlə, layihələrə daha ciddi qiymət verilir, rentabelli olmayan layihələrdən imtina edilir və lazımsız xərclər azaldılır?

Bunun səbəbləri dəqiq müəyyənləşdirilməlidir. Əgər profisit yalnız büdcə vəsaitlərinin xərclənməməsi hesabına yaranıbsa, bu zaman həmin vəsaitlərin niyə xərclənmədiyi sualı ortaya çıxır. Lakin profisitin mövcudluğu özlüyündə vəziyyəti tam izah etmir.

Ətraflı təhlil aparılmalıdır ki, profisitin hansı hissəsi gəlirlərin artması, hansı hissəsi isə müəyyən xərclərin maliyyələşdirilməsinin dayandırılması hesabına formalaşıb.

Ola bilər ki, hansısa biznes layihəsinin həyata keçirilməsi nəzərdə tutulub, lakin onun biznes planı, iqtisadi səmərəliliyi və texniki-iqtisadi əsaslandırması hələ hazır deyil. Yaxud müəyyən layihələrlə bağlı borclanma və rentabellik məsələləri yenidən nəzərdən keçirilir. Buna görə də büdcə profisitinin yaranma səbəbləri diqqətlə təhlil edilməlidir. 

Bu məsələyə populist yanaşmaq, sadəcə, vəsaitlərin daha çox xərclənməsini tələb etmək düzgün deyil. Pul xalqın sərvətidir və onun xərclənməsinə ciddi nəzarət olmalıdır”.

Ekspert qeyd edib ki, Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxsaq, qeyri-neft sektorunda artım, neft sektorunda isə azalma müşahidə olunur:

“Eyni zamanda, müxtəlif tikinti layihələrinə, o cümlədən yeni şəhərlərin salınmasına böyük vəsaitlər ayrılır.

Lakin burada əsas məsələ həmin layihələrin nə dərəcədə məqsədəuyğun olmasıdır. Məsələn, Qarabağda şəhərlərin və yaşayış məntəqələrinin tikintisi yalnız binaların inşası ilə məhdudlaşmamalı, paralel olaraq iqtisadiyyatın inkişafı da təmin edilməlidir.

Çünki son nəticədə həmin ərazilərdə insanlar yaşamalı, işləməli və məskunlaşmalıdırlar. Buna görə də Qarabağda şəhərsalma və tikinti layihələri mərhələli şəkildə, real tələbat nəzərə alınmaqla həyata keçirilməlidir. Hesab etmirəm ki, büdcə profisitini tənqid edənlər sadəcə vəsaitlərin xərclənməsini tələb etməlidirlər.

Söhbət hara gəldi pul xərcləməkdən getmir və belə yanaşma da olmamalıdır. Əsas sual budur, büdcədə ayrılan vəsaitlər niyə xərclənmir? Gəlirlər artdığı üçünmü profisit yaranıb, yoxsa müəyyən xərclərə qənaət edilib? Bu məsələlər araşdırılmalıdır.

İqtisadçılar da hər hansı tənqid səsləndirməzdən əvvəl məsələni ciddi təhlil etməlidirlər. Əks halda, səsləndirilən fikirlər əsaslı təhlildən çox, ümumi və populist mülahizələrdən ibarət olur”.

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: büdcə Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri