Icma.az
close
up
RU
Bu, infrastruktur quruculuğu və Qarabağın gələcək inkişaf modelidir ŞƏRH EDİLDİ

Bu, infrastruktur quruculuğu və Qarabağın gələcək inkişaf modelidir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Dövlət başçısnın Ağdərədə keçmiş köçkünlərlə görüşündəkli çıxışında səsləndirdiyi fikirlər və verilən mesajlar postmünaqişə dövrü üçün Prezidentin formalaşdırdığı strateji siyasi kursun əsas konturlarını aydın şəkildə ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Ağdərədə keçmiş məcburi köçkünlərlə görüşün bərpa olunmuş yaşayış məntəqəsində keçirilməsi həm simvolik, həm də siyasi baxımdan xüsusi məna daşıyır və bir neçə əsas istiqaməti eyni vaxtda ehtiva edir: "Birinci əsas istiqamət ərazi bütövlüyünün bərpasının dönməzliyi və nəticələrinin institusionallaşdırılmasıdır. Prezidentin çıxışında bu mövzunun xüsusi vurğulanması onu göstərir ki, 2020-ci ildən sonra əldə edilən hərbi-siyasi nəticələr artıq keçici mərhələ deyil, uzunmüddətli dövlət siyasətinin təməl sütununa çevrilib. Ağdərə kimi vaxtilə işğal altında olan bir ərazidə dövlət başçısının çıxışı Azərbaycanın suverenliyinin yalnız hüquqi deyil, faktiki və inzibati baxımdan da tam bərqərar olduğunu nümayiş etdirir. Bu, həm daxili auditoriya, həm də regional aktorlar üçün açıq mesajdır ki, Qarabağ məsələsi Azərbaycanın siyasi gündəmində artıq “problem” yox, “inkişaf məkanı” kimi mövcuddur. Çıxışda digər vacib istiqamət köç prosesinin sürətləndirilməsi və sosial dövlət modelinin ön plana çıxarılmasıdır. Keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət, onların problemlərinin və gözləntilərinin açıq şəkildə səsləndirilməsi dövlət–vətəndaş münasibətlərindəki mərhələyə işarə edir. Burada köç prosesi sadəcə demoqrafik və ya humanitar tədbir kimi deyil, sosial ədalətin bərpası və tarixi travmanın aradan qaldırılması mexanizmi kimi təqdim olunur. Bu yanaşma dövlətin legitimliyini yalnız güc və qələbə üzərindən deyil, vətəndaş rifahı və sosial məsuliyyət üzərindən möhkəmləndirir.
Daha bir xətt infrastruktur quruculuğu və Qarabağın gələcək inkişaf modelidir. Prezidentin vurğuladığı yol, enerji, sosial obyektlər və iqtisadi layihələr Qarabağın subsidiya alan zona deyil, Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya olunmuş inkişaf regionu kimi nəzərdə tutulduğunu göstərir. Bu, postmünaqişə dövründə Azərbaycanın regional güc konsepsiyasının mühüm elementidir. Başqa sözlə desək Prezidentin çıxışında ölkə təkcə hərbi qələbə qazanan deyil, münaqişədən sonra dayanıqlı inkişaf yarada bilən aktor kimi təqdim olunur ki, bu da olduqca önəmli faktordur.
Ən nəhayət daha bir istiqamət legitimlik, dövlətçilik və milli birlik aspektidir. Keçmiş köçkünlərlə keçirilən bu görüşlər dövlətin xalqla münasibətlərində emosional-siyasi bağları gücləndirir. Bu, qələbənin bərpa və quruculuq prossesinə transformasiyasının göstəricisidir. İnsanların öz doğma torpaqlarına qayıdışı yalnız fiziki proses deyil, milli yaddaşın və kollektiv kimliyin yenidən bərpasıdır. Bu isə milli birliyin möhkəmlənməsinə, dövlətin legitimliyinin dərinləşməsinə və uzunmüddətli sabitliyə xidmət edir.
Ümumi olaraq qeyd etmək olar ki, Ağdərədə verilən mesajlar Azərbaycanın postmünaqişə dövründə suverenlik, sosial ədalət, iqtisadi inkişaf və milli birlik üzərində qurulan kompleks regional güc modelinə keçid etdiyini göstərir. Bu model təkcə daxili siyasət üçün deyil, Cənubi Qafqazın gələcək siyasi arxitekturası baxımından da mühüm çərçivə formalaşdırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri