Icma.az
close
up
RU
““Böyük Qayıdış” Azərbaycanın gələcək inkişaf modelidir“ ŞƏRH OLUNDU

““Böyük Qayıdış” Azərbaycanın gələcək inkişaf modelidir“ ŞƏRH OLUNDU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Beş il əvvəl Azərbaycanın hərb və diplomatiya meydanında qazandığı qəti Qələbə dövlətimizin tarixi taleyində dönüş nöqtəsinə çevrildi. Qarabağ və Şərqi Zəngəzurun azadlığı təkcə ərazi bütövlüyünün bərpası deyildi. Bu, xalqın 30 illik həsrətinin sona çatması, tarixi ədalətin bərpası, milli ləyaqətin təntənəsi idi. Azadlıqla birlikdə qarşıya yeni bir missiya da çıxdı: işğaldan çıxmış torpaqlara həyat gətirmək, viran qoyulmuş şəhərləri yenidən qurmaq, köçkünlərin yurd nisgilinə son qoymaq. Prezident İlham Əliyev həmin günlərdən etibarən “Böyük Qayıdış” proqramını elan etdi və bu proqram Azərbaycanın dövlət siyasətinin əsas istiqamətinə çevrildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, “Böyük Qayıdış” yalnız məskunlaşma və infrastruktur layihəsi deyil, ölkənin gələcək inkişaf strategiyasının mərkəzi sütunudur: “Burada həm siyasi, həm iqtisadi, həm də mədəni aspektlər bir-birini tamamlayır. Son beş ildə həyata keçirilən işlər bu proqramın yalnız ideya yox, konkret reallıq olduğunu göstərir. Qarabağda yeni həyat, yeni şəhərsalma, yeni iqtisadi fəaliyyət nümunələri yaranır.

Azad edilmiş ərazilərdə ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi aparıldı. Bu, təhlükəsiz məskunlaşmanın təməl şərti idi. Minatəmizləmə əməliyyatları hələ də davam edir və dövlət bunun üçün həm daxili resursları, həm də beynəlxalq əməkdaşlığı səfərbər edib. Bu işlərin paralelində isə genişmiqyaslı infrastruktur layihələri başladı. Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verildi. Bu obyektlər təkcə regionun Azərbaycana inteqrasiyasını təmin etmədi, həm də Qarabağın beynəlxalq logistik xəritəyə qayıdışını reallaşdırdı. Yüzlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları çəkildi, körpülər salındı, elektrik, qaz və rabitə xətləri bərpa edildi.

Şəhərsalma siyasəti də xüsusi diqqət mərkəzindədir. Ağalı kəndi artıq “ağıllı kənd” modeli ilə dünyada nümunə göstərilir. Füzuli şəhərində yeni məhəllələr salınıb, Zəngilan və Cəbrayılda müasir yaşayış massivləri qurulub. Bu məhəllələrdə müasir evlərlə yanaşı məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət evləri də tikilib. Bu, dövlətin təkcə daş divarları deyil, sosial infrastrukturu da bərpa etdiyini sübut edir.

Ən mühüm istiqamətlərdən biri iqtisadiyyatın dirçəldilməsidir. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, Qarabağ yalnız yaşayış məkanı deyil, həm də Azərbaycanın yeni iqtisadi dayağı olmalıdır. Bu məqsədlə Ağdam Sənaye Parkı, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”, Zəngilanda aqroparklar yaradılıb. Burada kənd təsərrüfatı, emal sənayesi, logistika mərkəzləri inkişaf etdirilir. Dövlət büdcəsindən ayrılan 2,3 milyard dollardan artıq vəsait, həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq bu işlərin dayanıqlı və uzunmüddətli olmasına zəmanət verir. Qarabağın iqtisadi canlanması ölkənin ixrac imkanlarını genişləndirəcək, regionun strateji əhəmiyyətini daha da artıracaq.

Mədəniyyətin dirçəldilməsi “Böyük Qayıdış”ın ayrılmaz tərkib hissəsidir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, beynəlxalq tədbirlər və konfranslar Qarabağın Azərbaycanın mədəniyyət paytaxtı statusunu bərpa edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu tədbirlərdə iştirakı dövlətin mədəniyyət siyasətinə verdiyi əhəmiyyəti göstərir. Xarici qonaqların azad edilmiş ərazilərə səfərləri, burada görülən işlərə verdikləri yüksək qiymətlər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Qarabağ bu gün yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqət mərkəzindədir.

Məcburi köçkünlərin qayıdışı isə “Böyük Qayıdış”ın ən həssas və mənəvi tərəfidir. Bu gün Cocuq Mərcanlı, Ağalı kəndi, Füzuli və Laçında artıq yüzlərlə ailə yeni evlərdə yaşayır. Hər köç mərasimi milli birliyin, tarixi ədalətin təntənəsinə çevrilir. Bu proses mərhələli şəkildə davam edir və qarşıdakı illərdə on minlərlə insan öz doğma yurduna qayıdacaq. Ən böyük çətinlik hələ də minalardan tam təmizlənmənin uzun sürməsi olsa da, dövlət bu istiqamətdə böyük iradə nümayiş etdirir.

Beş il ərzində görülən işlər sübut etdi ki, “Böyük Qayıdış” sırf iqtisadi layihə deyil, milli ideologiyadır. Bu ideologiyanın mərkəzində güclü lider, güclü dövlət və xalqın sarsılmaz iradəsi dayanır. Azərbaycan Qarabağı bərpa etməklə kifayətlənmir, regionda yeni siyasi reallıqlar formalaşdırır. Laçın dəhlizi, Zəngəzur istiqaməti, beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycanın strateji maraqlarını təmin edir, ölkəmizi regionun aparıcı gücünə çevirir.

Əlbəttə, çətinliklər də az deyil. İnfrastrukturun davamlı saxlanılması, sosial xidmətlərin təşkili, beynəlxalq səviyyədə siyasi çağırışlar qarşıda duran məsələlərdir. Lakin dövlətin siyasi iradəsi və xalqın dəstəyi göstərir ki, bütün bu çətinliklər dəf ediləcək.

“Böyük Qayıdış” artıq yalnız bir proqram deyil, Azərbaycanın gələcək inkişaf modelidir. Bu modeldə milli birliyin gücü, dövlətin qətiyyəti, xalqın vətən sevgisi var. Qarabağ bu gün dirçəlir, sabah isə regionun sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin dediyi kimi: “Biz bu torpaqları azad etdik, biz bu torpaqlara həyat gətiririk və bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri