Icma.az
close
up
RU
Bu insanlarla ünsiyyət bioloji qocalmanı sürətləndirir

Bu insanlarla ünsiyyət bioloji qocalmanı sürətləndirir

Icma.az bildirir, Axsham.az portalına istinadən.

ABŞ alimlərinin apardığı araşdırmaya görə, toksik insanlarla ünsiyyət bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirə bilər.

Axşam.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu elmi jurnal olan "Proceedings of the National Academy of Sciences" (PNAS) portalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər 2300-dən çox insanın fizioloji göstəricilərini və həyat tərzini təhlil ediblər. Tədqiqat iştirakçıları fiziki və psixoloji sağlamlıqları barədə məlumat verib, həmçinin DNT nümunələri təqdim ediblər.

Nəticələr göstərib ki, ətrafında xoşagəlməz və ya düşmən münasibətli insanlar olan iştirakçıların bioloji yaşı yaşıdları ilə müqayisədə daha yüksəkdir. Maraqlıdır ki, ən pis nəticələr toksik kimi dostlarını və ya qohumlarını göstərən şəxslərdə qeydə alınıb. Tərəfdaşlarını (həyat yoldaşı və ya sevgili) toksik hesab edənlərdə isə bu təsir nisbətən zəif olub.

Tədqiqat müəllifləri bunu belə izah edirlər: Nikah və sabit münasibətlər toksik ünsiyyətin bəzi mənfi təsirlərini yumşalda bilər. Məsələn, münasibətdə olan insanlar təkliyi daha az hiss edir və bu da psixoloji stressi qismən azaldır.

Bununla belə, alimlər vurğulayırlar ki, toksik sosial mühit istənilən halda sağlamlığa mənfi təsir göstərir. Daimi stress orqanizmdə qocalma prosesini sürətləndirə bilər.

Araşdırmaya qatılanların təxminən üçdə biri həyatlarında ən azı bir problemli və ya toksik insanın olduğunu bildirib. Respondentlərin 10 faizi isə ətraflarında iki və ya daha çox belə şəxsin olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Mart 2026 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri