Icma.az
close
up
RU
“BU, İRANIN ÇÖKÜŞ SSENARİSİDİR” “ABŞ ilə anlaşmanın bir yolunu tapmalıdırlar”

“BU, İRANIN ÇÖKÜŞ SSENARİSİDİR” “ABŞ ilə anlaşmanın bir yolunu tapmalıdırlar”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Şahin Cəfərli

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və "Bəsic" komandanı, general Qulamhüseyn Süleymanidən sonra “Ettelaat” (Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi) rəhbəri İsmayıl Xətib də öldürüldü. Bunu hazırkı müharibədə İranın siyasi və hərbi rəhbərliyinə daxil olan yüksək vəzifəli şəxslərin aradan götürülməsində ikinci dalğa hesab etmək olar.

Ə.Laricani ölkəni faktiki olaraq idarə edən nüfuzlu siyasətçi və sistem içərisində birləşdirici fiqurlardan biriydi. Ayətullah Xameneidən sonra onun da ləğvi şübhəsiz ki, sistemdaxili konsensus və rejimin davamlılığının təmin edilməsi məsələsində ciddi problemlər yaradacaq. "İranda sistem saat kimi işləyir, şəxslərdən asılı deyil" fikri illüziyadır. Əlbəttə ki, nominal olaraq hər an istənilən vəzifəyə adam tapıb təyin etmək mümkündür, 90 milyonluq ölkədə bir posta minlərlə, on minlərlə, hətta yüz minlərlə namizəd də müəyyənləşdirmək olar. Lakin Xamenei, Laricani kimi təcrübəli dövlət xadimlərini və inqilab liderlərini qısa müddətdə layiqincə əvəz etmək imkansızdır. Həmçinin illər, onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri də keyfiyyət etibarilə əvəzləmək çətindir.

İranda az qala hər gün dəstə-dəstə adamlar “Mossad” agenti adı ilə edam edilir. Lakin son hadisələr İsrailin İranın içindən, hətta rejimin tam qəlbindən səhih və müfəssəl kəşfiyyat məlumatları əldə etməyə davam etdiyini bir daha göstərir. Rejimin qorunmasına məsul olan kəşfiyyat rəhbəri heç özünü qoruya bilmir. (“Onlar hamısı şəhid olmağı arzulayır, bu səbəbdən gizlənmirlər” hekayəsinə yəqin ki, inanmırsız).

Belə vəziyyətdə müharibənin uzanması hər nə qədər ABŞ-yə sərf eləməsə də, İran üçün daha naxoş perspektivlər vəd edir. (ABŞ şist sənayesinin gəlirlərinin artması baxımından əslində ABŞ-yə faydası da var). Anlaşma olmaması İsrailə imkan verir ki, İranın siyasi-hərbi rəhbərliyini və ölkə içərisində istədiyi digər nöqtələri hədəf almağa davam etsin. Dövlət öz idarəçilərini qoruya bilmirsə və onlar hər an öldürülə bilərsə, eləcə də hava hücumundan müdafiənin yetərsizliyi səbəbi ilə hava məkanı düşmənə demək olar ki, açıqdırsa, belə şəraitdə ölkə necə toparlana bilər? Bu durumda müharibənin ən aşağı intensivliklə də olsa, davam etməsi İranın deqradasiyasını sürətləndirəcək.

Uzanan müharibə həm də tərəflərin daha da çirkinləşməsi və əvvəl hər hansı səbəbdən keçmədikləri qırmızı xətləri tapdalamaları ehtimalını artırır. Bu gün İsrailin dünyanın ən böyük təbii qaz strukturu olan “Cənubi Pars”a zərbə endirməsi təhlükəli siqnaldır. İran neftinin ixracının həyata keçirildiyi Xarq arasındakı infrastrukturun vurulmayacağına da heç bir təminat yoxdur. Enerji infrastrukturu sıradan çıxarılarsa, İran iqtisadiyyatı kollapsa girər, bu isə ona gətirib çıxarar ki, dövlət maaşları da ödəmək inkanından məhrum olar. Nəticədə məmurlar da narazıların sırasına qoşular. Bu, İsrailin elan etməsə də, reallaşdırmağa çalışdığı çöküş ssenarisidir.

İran rəhbərliyində rasional düşüncəsini itirməmiş adamlar diplomatiyaya fürsət yaratmalı və ABŞ ilə anlaşmanın yolunu tapmalıdır. Cəlali, Rezai kimilərini önə çıxarmaq onları da hədəfə çevirməkdən başqa heç nəyə yaramayacaq. İsrailə indiki situasiya sərf edir, çünki bu yol İranın "failed state" (süquta uğramış dövlət) halına düşməsini şərtləndirir. Bu səbəbdən SEPAH radikallarının irrasional siyasətinin İsraildə məmnunluqla qarşılandığına şübhə yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Mart 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri