Icma.az
close
up
RU
Seuta ABŞ üçün gələcəyin ssenarisidir General əsl məqsədi izah etdi

Seuta ABŞ üçün gələcəyin ssenarisidir General əsl məqsədi izah etdi

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yücel Karauz Trampın qalmaqallı "3 il" mesajının şifrəsini açdı"Bu, həm də 2028-ci il seçkiləri üçün siyasi strategiyadır"

ABŞ Prezidenti Donald Tramp İspaniyanın Seuta eksklavında yaranmış miqrant böhranını ABŞ-nin mümkün gələcək vəziyyəti ilə müqayisə edib.

"Bu, dəhşətlidir. Bu mənzərəni yadda saxlayın. Əgər hakimiyyətə düzgün insanlar gəlməsə, üç ildən sonra ABŞ-da da eyni vəziyyət yaşanacaq. Demokratlar qalib gəlsələr, sizi yaxşı həyat gözləmir",- deyə Tramp bildirib. 

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Trampın açıqlaması ilə bağlı Sherg.az-ın suallarını cavablayıb: 

- Trampın açıqlamasını necə oxuyursunuz? 

-ABŞ Prezidenti Donald Trampın bu açıqlaması göstərir ki, o, Seutadakı miqrasiya böhranını təkcə Avropanın problemi kimi deyil, həm də 2028-ci il ABŞ prezident seçkiləri üçün daxili siyasi arqument kimi istifadə edir.

Əvvəlcə qeyd etmək lazımdır ki, söhbət son günlər baş vermiş hadisədən gedir. 2026-cı ilin iyul ayının sonunda Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya çox böyük miqyasda qanunsuz miqrasiya axını baş verdi. İspaniya rəsmilərinin məlumatına görə, qısa müddətdə təxminən 49-50 min nəfər sərhədi keçib. Onların əhəmiyyətli hissəsi sonradan yenidən Mərakeşə qayıdıb. Hadisə nəticəsində ölənlərin sayı isə müxtəlif mənbələrdə fərqli göstərilir.

Trampın bəyanatında üç əsas məqsəd görünür. Bunlardan birincisi Seutadakı görüntüləri ABŞ seçiciləri üçün xəbərdarlığa çevirməkdir.

Tramp İspaniya-Mərakeş sərhədində yaşanan böhranı ABŞ-də mümkün gələcək ssenari kimi təqdim edir. Demək istəyir ki, "Əgər demokratlar yenidən hakimiyyətə gəlsələr, ABŞ də eyni vəziyyətlə üzləşəcək".

Bu, Trampın uzun illərdir istifadə etdiyi klassik siyasi strategiyadır. O, miqrasiya məsələsini milli təhlükəsizlik, iqtisadiyyat və Amerika kimliyi ilə əlaqələndirərək seçicilərdə təhlükə hissi formalaşdırmağa çalışır. 

- Yəni Trampın "üç il" ifadəsi tam olaraq prezident seçkilərinə vurğudur?

-Burada onun "üç il ərzində" ifadəsi də təsadüfi deyil. Bu, dolayısı ilə 2028-ci il prezident seçkilərinə işarə edir və seçicilərə belə mesaj verir: "Respublikaçıların sərt sərhəd siyasəti dəyişərsə, ABŞ qısa müddətdə sərhədlərinə nəzarəti itirə bilər".

Səbəbin birincisini qeyd etdim. İkincisi, Avropadakı miqrasiya böhranını ABŞ sərhəd problemi ilə əlaqələndirməkdir.

Seuta ilə ABŞ-Meksika sərhədi coğrafi və hüquqi baxımdan tamamilə fərqli bölgələrdir. Lakin Tramp oxşarlıqları ön plana çıxarır. Bunlara sərhədi kütləvi şəkildə keçən insanlar, təhlükəsizlik qüvvələrinin çətin vəziyyətdə qalması, qəbul mərkəzlərinin dolması və dövlətin sərhədlərə nəzarəti itirdiyi görüntülər daxildir.

Seutada minlərlə insan üzərək, dalğaqıranları aşaraq və ya sərhəd-keçid məntəqələrindən keçərək şəhərə daxil olmuşdu. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə polis və hərbi qüvvələr göndərdi.

Tramp üçün əsas məqsəd Seutanın özü deyil, həmin görüntülərin Amerika ictimaiyyətində "ABŞ-də də belə ola bilər" düşüncəsini yaratmasıdır.

Üçüncüsü, 2028-ci il seçkilərinin əsas mövzularından birini indidən formalaşdırmaqdır.

Bu açıqlama əslində İspaniyadan daha çox ABŞ seçicilərinə ünvanlanıb.

Respublikaçıların növbəti seçki kampaniyasında aşağıdakı mövzuların əsas yer tutacağı gözlənilir: sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qanunsuz miqrantların deportasiyası, sığınacaq qaydalarının sərtləşdirilməsi və demokratların sərhəd siyasətinin tənqidi.

Başqa sözlə, Tramp Seutadakı hadisədən istifadə edərək gələcək siyasi gündəmini möhkəmləndirməyə çalışır. 

- Seuta böhranı yalnız miqrasiya problemidirmi? 

-Xeyr. Seuta Avropa İttifaqının Afrikadakı ən həssas sərhəd bölgələrindən biridir.

Şəhər İspaniyanın nəzarətində olsa da, Mərakeş uzun illərdir Seuta və Melilya üzərində tarixi iddialar irəli sürür.

Bu səbəbdən miqrasiya böhranları bəzən Madrid ilə Rabat arasında siyasi təzyiq vasitəsinə də çevrilə bilir.

2021-ci ildə də oxşar hadisə yaşandı. O zaman Qərbi Səhra məsələsinə görə İspaniya ilə Mərakeş arasında yaranmış diplomatik gərginlik fonunda sərhəd nəzarəti zəiflədildi və təxminən 8-10 min nəfər qısa müddətdə Seutaya daxil oldu.

2026-cı ildə baş verən son hadisənin səbəbləri barədə isə müxtəlif ehtimallar irəli sürülür: insan alveri və miqrant qaçaqmalçılığı şəbəkələrinin fəaliyyəti, Mərakeşdə işsizlik və iqtisadi çətinliklər, İspaniyanın bəzi miqrasiya siyasətlərinin "cəlbedici amil" yaratması, Madrid-Rabat münasibətlərində yaranmış gərginlik və sərhəd nəzarətinin müəyyən müddət zəiflədilməsi.

Hazırda bu ehtimallardan hansının əsas rol oynadığı barədə qəti nəticə yoxdur. 

-Trampın müqayisəsi nə dərəcədə doğrudur?

-Siyasi baxımdan təsirli olsa da, analitik baxımdan tam uyğun müqayisə deyil.

Oxşarlıqlar var. Hər iki ölkə qeyri-qanuni miqrasiya ilə üzləşir və sərhəd təhlükəsizliyi əsas siyasi mövzulardandır.

Lakin ciddi fərqlər də mövcuddur. Seuta kiçik şəhərdir, ABŞ-Meksika sərhədi isə minlərlə kilometr uzunluğundadır. Seutadakı böhran Mərakeş-İspaniya münasibətləri ilə sıx bağlıdır. ABŞ-yə miqrasiya isə əsasən Latın Amerikasından uzun marşrutlarla həyata keçirilir. ABŞ-nin iqtisadi və inzibati imkanları Seuta ilə müqayisə edilə bilməz.

Bu səbəbdən "üç ildən sonra ABŞ də Seuta kimi olacaq" fikri daha çox siyasi mesaj xarakteri daşıyır. 

-Avropa və Türkiyə baxımından mümkün nəticələri necə qiymətləndirirsiniz?

-Seutadakı hadisələr Avropada üç əsas tendensiyanı gücləndirə bilər.

Birincisi, xarici sərhədlərin daha ciddi qorunması -sərhəd hasarlarının, müşahidə sistemlərinin və hərbi-polis qüvvələrinin artırılmasıdır.

İkincisi, miqrasiyanın sərhəddən kənarda idarə olunması- Avropa İttifaqının Mərakeş kimi tranzit ölkələrlə əməkdaşlığını genişləndirməsidir.

Üçüncüsü isə Avropada siyasi qütbləşmənin dərinləşməsi və sağ partiyaların daha sərt miqrasiya siyasəti tələb etməsidir.

Türkiyə baxımından isə bu hadisənin əsas dərsi ondan ibarətdir ki, qeyri-qanuni miqrasiya artıq yalnız humanitar məsələ deyil, həm də geosiyasi və milli təhlükəsizlik alətinə çevrilməkdədir.

Bu səbəbdən Türkiyə sərhəd təhlükəsizliyini, geri qəbul mexanizmlərini, tranzit ölkələrlə əməkdaşlığı, ölkə daxilində qeydiyyat və nəzarət sistemini vahid milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi inkişaf etdirməlidir. 

- Ümumi qiymətləndirmə baxımından yanaşmanız necədir, problem necə həll oluna bilər?

-Mənim fikrimcə, Donald Tramp Seutadakı real və ciddi humanitar böhrandan istifadə edərək öz siyasi arqumentini gücləndirməyə çalışır. Lakin böhranın səbəblərini yalnız "sol hökumətlərin miqrasiya siyasəti" ilə izah etmək hadisənin tam mənzərəsini əks etdirmir.

Əslində bu böhranın arxasında iqtisadi bərabərsizlik, Afrika ilə Avropa arasındakı inkişaf fərqi, insan qaçaqmalçılığı şəbəkələri, regional diplomatik münasibətlər və sərhəd idarəçiliyi kimi bir-biri ilə əlaqəli çoxsaylı amillər dayanır.

Buna görə də problemin uzunmüddətli həlli yalnız sərhədlərin gücləndirilməsi ilə deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və effektiv miqrasiya siyasəti ilə mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri