Icma.az
close
up
RU
“Bu, işğalçı dövlətin bayrağının qaldırılması anlamına gəlir” SABİQ BAŞ NAZİR

“Bu, işğalçı dövlətin bayrağının qaldırılması anlamına gəlir” SABİQ BAŞ NAZİR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əlbəttə ki, SSRİ bayrağının qaldırılmasına münasibətim neqativdir. Bilirsiniz ki, dövlət müstəqilliyinin bərpası haqqında Konstitutsiya aktında SSRİ, Rusiya tərəfindən Azərbaycanın işğalının davamı kimi dəyərləndirilib və bu baxımdan, həmin müddəadan çıxış etsək, bu, işğalçı dövlətin bayrağının qaldırılması anlamına gəlir”.
Bu barədə Hurriyyet.az -a Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş dövlət katibi Pənah Hüseyn SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin saxlanılmasına münasibət bildirərkən deyib.
“Bu hadisə həm də onu göstərir ki, ümumiyyətlə, bu məsələlər barədə qanunvericilikdə aydınlıq olmalıdır. Mənə elə gəlir ki, konkret olaraq Sovet dövrü, Kommunist ideologiyası və SSRİ atributlarından Azərbaycan Resbublikasında istifadə haqqında məhdudiyyətləri müəyyən edən qanunvericilik aktlarının qəbul edilməsi məsələsi gündəmə gəlir. Bu, artıq bu barədə necənci hadisədir”,-deyə Partiya sədri əlavə edib.
P. Hüseyn nəzərə çatdırıb ki, burada digər məqamlar da var: “Yəni bu, kiminsə evində və ya həyətində yox, konkret olaraq, ictimai yerdə qaldırılan bayraqdır və üstəlik də ilkin təhqiqat materiallarında belə bir informasiya gedir ki, bu xarici dövlətin sifarişi ilə həyata keçirilmiş bir aktdır. Əgər bu, təsdiqlənərsə, SSRİ-nin bayrağının qaldırılması kimi çox ciddi ideoloji bir təxribatdan başqa, həm də başqa bir ölkənin xeyrinə bizim Azərbaycan Respublikasının müstəqilliyi və təhlükəsizliyi əleyhinə akt həyata keçirmək anlamına gəlir ki, bu da cox ciddi cinayət məsuliyyəti tərkibidir”.
P.Hüseyn diqqətə çatdırıb ki, xarici dövlət deyərkən, Rusiya nəzərdə tutulur: “Rusiya Azərbaycana qarşı hazırda apardığı təxribatda həm də SSRİ və Sovet dövrü atributlarından və simvollarından bu şəkildə istifadəni  tətbiq edir və edəcək. Ona görə, mən yuxarıda dedim ki, qanunvericilikdə öz əksini tapan müddəalar olmalıdır. Mən bir daha təkrar edirəm, şübhəsiz ki, ikin reaksiya da bundan ibarətdir ki, bu Azərbaycanın faktiki müstəqilliyi əleyhinə, Azərbaycan dövlətinin təhlükəsizliyi əleyhinə olan bir akt kimi qavranılır. Mən diqqət etdim, ictimai rəy, əksəriyyət tərəfindən də bu cür qavranılıbdır. Amma təbii ki, hər bir insanın təhqiqat zamanı hüquqları qorunmalıdır, müdafiə olunmalıdır. İstənilən halda, son dövrlərdə bu cür təxbatların çoxalması həm də Azərbaycana qarşı konkret bir xarici dövlətin hansısa bir təcavüzü istiqamətində ideoloji hazırlıqları kimi də bizi narahat etməlidir”.
 “Rusiyada dünən səhv etmirəmsə bir informasiya getdi ki, çoxmillətli Rusiya xalqı kimi müddəalar Rusiya qanunvericiliyinə daxil edilir. Gərək, biz bunun keçmiş postsovet məkanı ölkələrində yeni ideoloji təxribatlar üçün istifadə olunmasını da diqqətdə saxlayaq”,-deyə Partiya sədri vurğulayıb.
CAVİD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri