Bu işi görənlər üçün cəzalar SƏRTLƏŞİR: CƏRİMƏ, HƏBS!
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstehlakçıları malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və ya keyfiyyəti ilə bağlı aldatmaq, xüsusilə də keyfiyyətsiz məhsulların satışı insan sağlamlığına və hətta həyatına zərər vurduqda ağır cəzaya səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, istehlakçını xeyli miqdarda aldatmağa görə 3 000 manatdan 5 000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər tətbiq edilir.
Eyni əməlin təkrar törədilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyata keçirilməsi və ya külli miqdarda ziyan vurulması halında cəza sərtləşir. Bu zaman 5 000 manatdan 7 000 manatadək cərimə və ya şəxsin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 ayadək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsal edilməsi, satışa buraxılması və ya satılması, həmçinin məhsulun keyfiyyətsizliyinin gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkənin sağlamlığına az ağır və ya ağır zərər vurmasına səbəb olarsa, 10 000 manatdan 15 000 manatadək cərimə nəzərdə tutulur.
Bu əmələ görə alternativ olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilər.
Əgər həmin əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə və ya digər ağır nəticələrə səbəb olarsa, təqsirkar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Qanunvericiliyə əsasən, 5 000 manatdan yuxarı, 30 000 manatadək məbləğ xeyli miqdar, 30 000 manatdan yuxarı məbləğ isə külli miqdar hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















