Icma.az
close
up
RU
Bazarda qaydalar sərtləşir: Hər sahibkara görə 2000 manat cərimə!

Bazarda qaydalar sərtləşir: Hər sahibkara görə 2000 manat cərimə!

Icma.az, Bakupost saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəedicilər cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Başqa sözlə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a deyib ki, bazarlarda işləyən sahibkarların vergi uçotuna alınması sahibkar və alıcı arasında bəzi mübahisəli məsələlərin rahat həllinə şərait yaradacaq:

“Bugünədək bazarlarda fəaliyyət göstərən sahibkarlar alış-veriş zamanı alıcılara qəbz təqdim etmirdilər. Ancaq yeni dəyişiklikdən sonra bu problem aradan qalxacaq. Digər bir məqam isə odur ki, hazırda vergi orqanında uçotda olan sahibkarların çoxu qanunsuz işləyən, uçotsuz sahibkarlara görə bazarda uduzurlar. Yəni vergi orqanında uçotda olan sahibkar öz işçisinə rəsmi əməkhaqqı verir, məcburi dövlət sosial sığorta haqqı ödəyir və s. Qanunsuz sahibkar isə bunu etmir. Belə olan halda isə uçotda olan sahibkar qanunsuz işləyən sahibkar ilə rəqabət apara bilmir”.

R.Həsənovun dediyinə görə, sahibkarların vergi uçotuna alınması onların xərclərini qismən artıracaq. Mənfəət norması aşağı düşəcək. Ancaq burada böyük xərc yükündən söhbət getmir. Əslində sahibkarların bir qismi bu xərcləri mövcud mənfəət normasından kompensasiya edə bilərlər. Burada bazarın alıcılıq gücü, tələb- təklif münasibətləri həlledici rol oynayacaq.

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə qeyd edib ki, rəsmiləşmə bütün hallarda qiymətlərin artımına gətirib çıxarır. Amma bu qiymət artımı da öz növbəsində həmin obyektlərdə işçilərin maaşının qalxmasına səbəb olacaq:

“Ümumiyyətlə, bu tədbirlər vergi daxilolmalarının artırılmasına, nağd hesablaşmaların sayının azaldılmasına, "kölgə iqtisadiyyatı"nın miqyasının aşağı salınmasına xidmət edir. Bu addımlar həyata keçirilməlidir, çünki gələcək dövr nağdsız hesablaşma dövrüdür”.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, ortamüddətli dövrdə strateji hədəflərdə ikinci istiqamət məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına xidmət etməlidir:

"Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada "kölgə iqtisadiyyatı"nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir. Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bazarlar elə bir əmlak kompleksidir ki, orada xeyli sahibkar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm də dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu, ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri də vergi orqanında uçota alınmalıdır".

N.İmanov qeyd edib ki, vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Sevinc,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri