Bu istiqamətdə yola çıxmaq istəyənlərin NƏZƏRİNƏ: 8 martdan...
Icma.az bildirir, Milli.az portalına istinadən.
Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd olunub.
Milli.Az

Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ
07 İyul 2025 19:48
Səyahətə çıxmaq istəyənlərin nəzərinə: Bu ölkələrə getmək çətinləşir Siyahı
08 May 2025 17:13
Balıq ovuna çıxmaq istəyənlərin NƏZƏRİNƏ: sentyabrın 1 dən..
27 Avqust 2025 17:12
Təqaüdə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Əgər pensiya kapitalını tam yığmısınızsa… KONKRET
07 Avqust 2025 13:54
Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...
27 İyun 2025 23:30

