Icma.az
close
up
RU
Səyahətə çıxmaq istəyənlərin nəzərinə: Bu ölkələrə getmək çətinləşir Siyahı

Səyahətə çıxmaq istəyənlərin nəzərinə: Bu ölkələrə getmək çətinləşir Siyahı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi vətəndaşlar Avropa İttifaqı (Aİ) ölkələrinə viza müraciətləri zamanı müxtəlif çətinliklərlə üzləşdiklərini deyirlər. Məsələn, müraciətlərin qəbulunda gecikmələr, sənəd tələblərində qeyri-müəyyənliklər, viza prosedurunun çətin olması və sair kimi məsələlər bu sırada yer alır.

Globalinfo.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, hazırda mövsümlə əlaqədar olaraq, dünyada səyahətlərin sayı artıb:

“Aydın məsələdir ki, Avropa ölkələrinə tələbat daha çoxdur. Səhv etmirəmsə, 750 milyona yaxın turist bu istiqamətdə hərəkət edir. Yəni dünyada səyahət edən iki nəfərdən biri avropalıdır, o cümlədən Aİ ölkələrinə getməyə üstünlük  verir. Nəzərə alsaq ki, yay mövsümü yaxınlaşır, Azərbaycandan da bura gedənlərin sayı artır. Bəzən deyirlər ki, Şengen vizasını almaq çətindir. Bu, belədir. Digər ölkələrlə müqayisədə proses elə də asan deyil. Tələbat yüksək olduğuna görə, bəzən uzun növbələr yaranır. Təcili məsələlərdə isə xüsusi elektron poçt və ya müraciət vasitəsi ilə səfirliklər bunu həlle dir. Qurum əməkdaşlarının növbəni müəyyən qədər tezləşdirmək imkanları olur”.

Ceyhun Aşurov

Ekspert bildirib ki, viza yolunda əsas maneələrdən biri sənədlərin qaydasında olmamasıdır:

“Bununla bağlı peşəkar turizm şirkətləri xidmət göstərirlər. Lazımi sənədlər, bank arayışları və sair normal olarsa, demək olar, viza əldə etmək mümkündür. Yaxşı olar ki, daha erkən müraciət edilsin. Digər tərəfdən, rəsmi iş yeri olmayanlar da viza ilə bağlı çətinlik çəkə bilir. Bu vətəndaşlar bankda, yaxud hesablarında lazımi qədər pulun olduğunu göstərərək, viza əldə edə bilərlər”.

Qeyd edək ki, Şengen vizası – 27 Avropa ölkəsinə səyahət etməyə imkan verən viza növüdür. Şengen Anlaşmasına üzv olanlar arasında – Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Hollandiya, İtaliya, Latviya, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya və sair yer alır.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri