Bu istiqamətlərdə nəqliyyat pulsuz ola bilər AÇIQLAMA
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Metronun “28 May” və “Nizami” stansiyalarının bağlanmasından sonra bu istiqamətdə yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması müzakirə edilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.
O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.
“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”.(Teleqraf)
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Aprel 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















