Icma.az
close
up
RU
Avtonom nəqliyyat vasitələri Bakı üçün effektli ola bilər? AÇIQLAMA

Avtonom nəqliyyat vasitələri Bakı üçün effektli ola bilər? AÇIQLAMA

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sürücüsüz nəqliyyat vasitələri artıq bir sıra inkişaf etmiş ölkələrdə sınaqdan keçirilir və bəzilərində məhdud miqyasda istifadəyə verilib. Bu texnologiyanın əsas məqsədi yol təhlükəsizliyini artırmaq, insan səhvlərindən qaynaqlanan qəzaların qarşısını almaq və nəqliyyat prosesini avtomatlaşdırmaqdır.

Avtosfer.az xəbər verir ki,  Amerika Birləşmiş Ştatlarında "Waymo" və "Cruise" kimi texnologiya şirkətləri sürücüsüz avtomobil layihələrini artıq bir neçə ildir ki, sınaqdan keçirirlər. Xüsusilə Arizona və Kaliforniya ştatlarında bu maşınlar məhdud ərazilərdə sərnişin daşıyır. Waymo 2020-ci ildən etibarən bəzi şəhərlərdə sürücüsüz taksi xidmətini ictimaiyyətə təqdim edib.

Çin də bu sahədə sürətlə irəliləyir. "Baidu" və "Ponyai" şirkətləri Pekin, Şençjen və digər böyük şəhərlərdə sürücüsüz taksilərin sınaq fəaliyyətinə başlayıb. 2021-ci ildən etibarən Baidu "Apollo Go" adlı avtonom taksi xidmətini müəyyən marşrutlar üzrə ictimaiyyətə açıq şəkildə təqdim edib.

Almaniyada “Mercedes-Benz” və “Volkswagen” kimi avtomobil nəhəngləri sürücüsüz avtomobil texnologiyalarını inkişaf etdirirlər. Münhendə 2022-ci ildən etibarən avtonom avtobuslar məhdud marşrut üzrə sınaq rejimində işləyir.

Dubay 2030-cu ilə qədər şəhər nəqliyyatının 25%-ni sürücüsüz etmək hədəfi qoyub. 2021-ci ildən etibarən sürücüsüz taksi və elektrikli mini-buslar sınaqdan keçirilib.

Bəs Bakı sakinləri belə bir sistemə keçid etmək istəyərmi? Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq bir neçə şəhər sakininin də fikirlərini öyrəndik.

Paytaxt sakini Elçin Qasımov sürücüsüz nəqliyyat vasitələrinin rahatlıq baxımından üstün olduğunu düşünür:

"Əslində bu texnologiya düzgün tətbiq olunsa, çox rahat olar. Sürücülər bəzən əsəbi olur, qaydaları pozur. Avtomatlaşdırılmış sistem daha nizamlı və təhlükəsiz ola bilər. Mən şəxsən belə taksiyə minərdim".

Özü demiş, həyatının yarısından çoxunu sükan arxasında keçirən Məhəmməd Mirzəyev isə sürücüsüz nəqliyyata etibar etmədiyini deyir:

"Mən 40 ildir sükan arxasındayam. Bəzən sürücülərə belə güvən olmur, o da qala robot maşına etibar edəsən? Heç vaxt sürücüsüz taksiyə, ya da avtobusa minmərəm. O texnika birdən nə isə səhv eləyər, axırı faciə olar".

Bakı sakini Günel Rəhimova isə fərqli yanaşma sərgiləyir:

"Mən sürücüsüz taksiyə minərdim, çünki o, kiçik maşındır və rahat görünür. Amma avtobus böyükdür, onu maşınsız idarə etmək mənə qorxulu gəlir. Sürücülü avtobuslar yaman yarıdıb, qalır sürücüsüzlər. Qəzaya düşəndə fəsadları ağır ola bilər. Ona görə sürücüsüz avtobusa minməkdən çəkinərdim".

Elməddin Muradlı: Yeni texnologiyalar yaranır və bu yeniliklər müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da çatır

Mövzu ilə bağlı bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda hələlik sürücülü taksi xidməti tam şəkildə formalaşıb, mütəşəkkil və keyfiyyətli şəkildə fəaliyyət göstərmir. Bu səbəbdən, sürücüsüz - yəni avtonom taksi xidmətinin tətbiqindən və bu sahənin inkişaf perspektivlərindən danışmaq hələ tezdir.

Onun sözlərinə görə, sürücüsüz taksilərin istifadəsi texnoloji baxımdan yüksək səviyyəli infrastruktur, hüquqi baza və təhlükəsizlik standartlarının mövcudluğunu tələb edir. Lakin hazırda ölkəmizdə bu sahədə ilkin mərhələdə olan məsələlər belə tam həllini tapmayıb:

"Dünya inkişaf etdikcə, yeni texnologiyalar yaranır və bu yeniliklər zamanla müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da çatır. Lakin bu proses mərhələli və tədricidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri