Icma.az
close
up
RU
Bu ixtisaslar da ləğv edilməlidir TƏKLİF

Bu ixtisaslar da ləğv edilməlidir TƏKLİF

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında ehtiyac yoxdursa, onların qəbul planı dərhal dayandırılmalıdır. Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.


Tribunainfo.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, nə üçün 5 il sonra əmək bazarında olmayacaq ixtisaslara bu gün hələ də tələbə qəbulu həyata keçirilir?:

“Əgər artıq dünya 2030-cu ilin ixtisaslarını formalaşdırırsa, biz niyə hələ də 1980-ci illərin peşələrini tədris edirik?
Əgər bilirik ki, bəzi ixtisaslar süni intellekt, avtomatlaşdırma, rəqəmsallaşma ilə əvəz olunacaqsa, niyə minlərlə gəncin həyatını bu informasiyasızlıqla riskə atırıq?

Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında ehtiyac yoxdursa, onların qəbul planı dərhal dayandırılmalıdır. Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.

Bəs gələcəkdə nə olacaq?

Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bioinformatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç olmasa, istiqamət var?

Amma universitetlərimiz oturub illər sonra keçmişə baxır: “biz niyə geri qaldıq?” – çünki bu günü planlamadıq.
Təhsil sistemi əmək bazarının arxasınca sürünür. Halbuki önündə getməli idi”.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi bu məsələdə nə təhlil aparır, nə proqnoz verir, nə də ictimaiyyəti məlumatlandırır:

“Plan yoxdur. Strategiya yoxdur. Sadəcə köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar.

Yalnız bir sual var:
Əgər bu gənclər sabah işsiz qalacaqsa, bu gün onları niyə bu yola yönəldirik?

Təhsil gələcəyin planıdır, keçmişin vərdişi deyil. Bu sistem dəyişməzsə, dəyişən yalnız işsizlərin sayı olacaq”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 İyul 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri