Icma.az
close
up
RU
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir?

Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac olduğunu bildirib.





Nazir deyib ki, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakterlidir:

"Əslində, bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".

Mütəxəssislər hesab edir ki, ölkə universitetlərində tədris olunan bəzi fənnlər yenilənməli, əmək bazarına uyğun olmayan ixtisaslar ləğv edilməli və ya birləşdirilməlidir. Dünya təcrübəsi göstərir ki, təhsildə çeviklik və əmək bazarının tələblərinə uyğunlaşma müasir universitetlərin uğurunun əsas göstəricilərindən biridir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə addımlar ataraq tələbələrə daha perspektivli və müasir ixtisaslar təklif etməlidir.

Təhsil ekspertləri hesab edir ki, hazırda etnoqrafiya, arxiv işi və s. kimi ixtisaslar əmək bazarında kifayət qədər perspektivli sayılmır. Bu sahələrin yerinə daha geniş profilli fənlər təklif edilə bilər. Eyni zamanda köhnəlmiş texnologiyalar üzərində qurulmuş mühəndislik ixtisasları mövcuddur. Dünya təcrübəsində artıq bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya edilir. Bir zamanlar vacib hesab olunan ixtisasların cəmiyyətdə və iqtisadiyyatda real qarşılığı qalmayıb. Praktiki əhəmiyyət kəsb etməyəb belə ixtisaslar yeniləri ilə əvəzlənməlidir.


Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir çox yeni ixtisasların tədrisi başlanılsa da, hələ tələbatın olduğu başqa ixtisaslar da var:

“Düşünürəm ki, artıq son dövrlərdə bəzi ixtisaslar açılıb. Əsasən, İT yönümlü ixtisaslar, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kosmik texnologiyalar mühəndisliyi ixtisası var. Magistratura pilləsində kiber təhlükəsizlik var. Eyni zamanda, 56-cı MBA proqramında “blockchain” ixtisası var. Məncə, bununla paralel biz artıq bakalavr pilləsinə gen mühəndisliyi ixtisası da gətirməliyik. Bundan başqa, uçuş aparatları üzrə mühəndis, həmçinin maliyyə yönümlü ixtisasları universitetlərə gətirmək lazımdır. Əsasən də maliyyə və İT sintezindən yaranan ixtisasları tətbiq etməliyik. Bakalavr və magistr pilləsində bu ixitisaslara tələbat var”.

Elçin Əfəndinin sözlərinə görə, hazırda universitetlərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil:

“Bu gün həmin ixtixsaslara əmək bazarında tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri - Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzə-təzə texnologiyaya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi. Tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur. Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”.

Ekspert vurğulayıb ki, təhsil müəssisələrində əmək bazarında tələbat olmayan ixtisaslara daha çox yer ayrılır. O, bunun dəyişməli olduğunu deyir:

“Elə ixtisaslar var ki, ora qəbul planı çoxdur. Yəni o ixtisasa hazırda bir o qədər tələbat yoxdur. Məsələn, turizm işinin təşkili istiqamətində ölkədə kifayət qədər kadr var. Hər il də bu istiqamətdə 3000-4000 tələbə qəbulu aparılır. Bunun sayı azalmalıdır. Əmək bazarında tələbatı daha az olan ixtisaslar var, həmin ixtisaslarda plan yeri azaldılmalı, onun əvəzinə isə daha çox tələbatı olan ixtisaslara yer arılmalıdır. Həmin o tələbat olan ixtisaslar da pedoqoji, İT, maliyyə yönümlü, dizayn, tibb və s. ixtisaslarıdır”.


Millət vəkili Ceyhun Məmmədov deyir ki, yeni ixtisasların açılması önəmli məsələdir. Lakin bu, düzgün şəkildə aparılmalıdır. İş elə bir formada təşkil olunmalıdır ki, sistem pozulmasın:

“Sovet dövründə müəyyən bir sistem, ixtisaslaşmış universitetlər var idi. Biz çalışmalıyıq ki, bu ixtisaslaşmanı gözləyək və irəliləməyə davam edək. Düşünmürəm ki, hər hansı bir ixtisas tamamilə ləğv olunmalıdır. Sadəcə olaraq, həmin ixtisaslarda bəzi məlumatlara yenidən baxıla bilər”.

Millət vəkilinin dediyinə görə, bu gün daha çox texniki elmlərə üstünlük verilir. Məsələn, həndəsə, informasiya texnologiyaları, mühəndislik və s. İnsanlar humanitar sahə ilə yanaşı, texniki sahələrə də üstünlük verməli və bu sahədə yetişib püxtələşməlidir.

Ceyhun Məmmədovun fikrincə, bəzi ixtisaslar üzrə dar sahə istiqamətində getmək lazımdır: “Ümumi ixtisaslar daha çoxdur, məsələn, medianın bir neçə istiqaməti var. Dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanda bazar araşdırılıb, həmin bazarda nəyə daha çox tələbat varsa, o sahədə məlumatlar alınmalıdır”.


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır:

"Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmağı, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır.

Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir. Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər. İxtisas seçimi zamanı bu məqamlara da diqqət yetirmək lazımdır".

Sevinc,

BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see436

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see332

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see293

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see289

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see281

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see251

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see248

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see246

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see235

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see231

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see228

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see220

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see207

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see207

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see199

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see188

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see186

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see179

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see178

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri