Bu, Kanada üçün ağır nəticələr doğuracaq
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçün son dərəcə mənfi təsirlərə səbəb olacağına əmin olduğunu açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Amerika lideri bu fikirləri Truth Social sosial şəbəkəsində paylaşıb.
"Kanada özünü addım-addım zəiflədib. Çinlə razılaşma Kanada üçün fəlakət deməkdir. Bu saziş tarixə ən uğursuz razılaşmalardan biri kimi düşəcək", - Tramp paylaşımında qeyd edib.
O, Kanada şirkətlərinə istinad edərək, onların bizneslərinin kütləvi şəkildə ABŞ-yə köçürüldüyünü də vurğulayıb.
ABŞ Prezidenti Kanadanın mövcudluğunu qoruyub inkişaf etməsini istədiyini bildirib. Bununla yanaşı, o, Kanada avtomobil sənayesi təmsilçilərinin çıxış etdiyi videonu paylaşaraq izləməyi tövsiyə edib. Həmin çıxışda, digər mövzularla yanaşı, ABŞ ilə ticarət əlaqələrinin saxlanılmasının əhəmiyyəti önə çəkilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 26 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















