Bu kənddən əhalinin çıxarılması haqda məlumat yayıldı Rəsmi CAVAB
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
22 oktyabr 2026-cı il tarixində bir sıra yerli media resurslarında Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılması ilə bağlı məlumatlar yayılıb.
“AzerGold” QSC-dən verilən məlumata görə, məsələ ilə əlaqədar “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-dən bildirilib ki, hazırda Mollahəsənli kəndinin köçürülməsi istiqamətində hər hansı aktiv icra prosesi həyata keçirilmir.
“Qeyd edək ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir ildən artıqdır texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri aparılır. Bu işlər layihə infrastrukturunun mümkün yerləşmə ərazilərinin müəyyənləşdirilməsi məqsədilə alternativ sahələrin texniki, iqtisadi və ekoloji baxımdan araşdırılmasını əhatə edir.
Araşdırmalar çərçivəsində ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, o cümlədən əmlak, yaşayış evləri və əhalinin sayı ilə bağlı ilkin məlumatların toplanması və təhlili nəzərdə tutulur. Bu məqsədlə, növbəti həftə mütəxəssislərin müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə əraziyə səfəri planlaşdırılır.
Hazırda layihə infrastrukturunun yerləşdirilməsi üzrə müxtəlif alternativlər araşdırılır. Mollahəsənli kəndi ərazisində aparılması nəzərdə tutulan qiymətləndirmə də məhz bu tədqiqatların tərkib hissəsidir və özlüyündə kəndin köçürülməsi ilə bağlı qərarın qəbul edildiyi və ya icra prosesinə başlanıldığı anlamına gəlmir.
İnfrastruktur obyektlərinin yekun yerləşmə yerləri aparılacaq tədqiqatların nəticələri əsasında müəyyənləşdiriləcək və müvafiq dövlət qurumları ilə birgə nəzərdən keçiriləcək.
İctimaiyyətə təqdim olunan məlumatların düzgün anlaşılması üçün qeyd edirik ki, hazırda söhbət layihənin texniki-iqtisadi əsaslandırılması çərçivəsində aparılan ilkin qiymətləndirmə və araşdırmalardan gedir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək,”- qurumun məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Oktyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















