Bu kəndlərdə yaşayanlara 10 min veriləcək
News24 saytına istinadən Icma.az xəbər verir.
Yunanıstan sərhəd bölgəsinin demoqrafik inkişafı üçün dəstək tədbirləri təmin etmək üçün hərəkətə keçib.
News24.az xəbər verir ki, Qərbi Trakyada Türkiyə ilə sərhəd xəttini təşkil edən Meriç çayı sahilindəki kəndlərə məskunlaşacaq vətəndaşlara əhalinin sayını artırmaq üçün 10 min avro yardım ediləcək.
Əhalisi 500 nəfərdən çox olan yaşayış məntəqələrində məskunlaşan ev təsərrüfatları üçün 6000 avro, hər bir azyaşlı uşaq üçün isə 10 min avroya qədər ödəniş 1000 avro artırılacaq.
Evros əyaləti üçün xüsusi olaraq hazırlanan qanun layihəsinin demoqrafik inkişaf və yenidənqurma üzrə ümumi planın bir hissəsi olduğu və proqramın ümumi büdcəsinin 8 milyon avro olduğu açıqlanıb.
Yunanıstan Meriç əyalətinin sərhəd zolağında yerləşən Sofulu (Soufli), Kumçiftliği (Orestiada) və Didymoteicho (Didymoteicho) kəndlərində daimi məskunlaşacaq ailələrə 10 min avro dəstəyi nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















