Bu müəssisələrdə yaşayanlara hər gün 10 manatlıq yemək veriləcək
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən açıq tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin, sığınacaq və sosial reabilitasiya müəssisəsinin, eləcə də sosial adaptasiya mərkəzinin sakinlərini hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev 2 409 nəfəri hazır yeməklə təmin edəcək və qarşılığında 9 milyon 179 min 336 manat 82 qəpik alacaq.
Qeyd edək ki, müqavilənin hansı müddəti əhatə etdiyi açıqlanmayıb. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, bu cür müqavilələr bir il müddətinə bağlanır. Belə olduğu halda, bu müəssisələrdə yaşayan bir nəfərin bir günlük yemək xərci təxminən 10,4 manat təşkil edəcək.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dövlət bu müəssisələrdə yaşayanlara hər gün 10 manat 50 qəpiklik yemək verir
24 Dekabr 2024 11:43
Bu kəndlərdə yaşayanlara 10 min veriləcək
14 Fevral 2025 13:26
Bu ərazidə yaşayanlara pul veriləcək
18 Mart 2026 18:46
Bu ərazilərdə yaşayanlara Rusiya pasportları VERİLƏCƏK
20 İyul 2025 16:59
Bu müəssisələrdə məktəbəqədər yaşlı uşaqlara təhsil veriləcək
24 İyun 2025 12:32
Baxış sayı:137
Bu xəbər 12 Fevral 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















