Bu kəndlərə növbəti köç karvanı yola salınıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 11 ailə - 45 nəfər, Xocalının Daşbulaq kəndinə 9 ailə - 31 nəfər, Badara kəndinə isə 6 ailə - 19 nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.
Baxış sayı:68
Bu xəbər 13 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















