Icma.az
close
up
RU
Bu kiçik səhv noutbukunuzu yandıra bilər MÜSAHİBƏ

Bu kiçik səhv noutbukunuzu yandıra bilər MÜSAHİBƏ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noutbuk və kompüterlər işimizin ayrılmaz hissəsidir. Bütün gün datalarla yüklənən cihazlar isə bir müddət sonra texniki baxışa ehtiyac duyur. Hərdən qızır, donur və ya çirklənir.

Bəs bu hallarda nə etməliyik?

İnformasiya Texnologiyaları üzrə mühəndis Taleh Vəliyev Lent.az-a müsahibəsində bu və digər suallara cavab verib.

- Taleh bəy, kompüterləri neçə müddətdən bir texniki baxışdan keçirmək lazımdır?

- Kompüterlərin yoxlamadan keçməsi üçün dəqiq müəyyən olunmuş müddət yoxdur. Daimi istifadə olunan, saatlarla açıq qalan, render edilən kompüterlər 9 ay, ən geci 1 il müddətində yoxlanışdan keçməli, təmizlənməlidir.

Günaşrı 2-3 saat istifadə olunan cihazlara isə 1 il yarım, 2 il müddətində texniki baxış olunmalı, pastası dəyişilməli, ümumi profilaktikadan keçməlidir. Yəni, qısası bu, işlənmə tezliyi ilə əlaqəlidir.

- Hərdən noutbuk istifadə edəndə qızdırır. Bu hal normaldır?

- Kompüterlərin içərisində videokart, prosessor kimi çiplər olduğu üçün cihaz güc altında işləyəndə qızır. Bu, normaldır. Lakin isinmənin həddindən çox olması vaxt-vaxtında profilaktika olunmaması və içərisində hava axınının düzgün tənzimlənməməsi ilə əlaqəlidir. Masaüstü kompüterlərdə radiatoru, soyutma sistemini düzgün quraşdırmaq, noutbukları isə düz səth üzərində istifadə etmək mütləqdir. Döşək, yorğan, yumşaq və qalın materiallı parçaların üstündə notbuku qoymaq olmaz. Belə olduqda, cihaz hava axınını təmin edə bilmir və qızır.

-  Bəs tozun isinmə ilə əlaqəsi nədir?  

- Toz kompüterlərdə prosessorun yaratdığı həddindən artıq istiliyi aradan qaldıran soyutma sisteminin (kuller) arasına dolduqda, hava girişləri avtomatik bağlanır. Hava axını təmin olunmayanda isə kompüterlər qızmağa başlayır.

- Aydındır. Noutbuk alarkən onun uzunmüddətli və dayanaqlı olması üçün hansı parametrlərə üstünlük verilməlidir?

- Noutbuk alarkən ilk növbədə onunla hansı işləri görəcəyinizi müəyyənləşdirməlisiniz. Bu suala cavab tapmadan alınan cihazın funksiyaları sonradan sizə azlıq edə bilər.

Əsas diqqət etməli olduğunuz parametr noutbukun prosessoru və videokartıdır. Tezliyi çox olan prosessorlar daha məsləhətlidir. Cihazı aldıqdan sonra yaddaşla bağlı RAM-ı, SSD-ni dəyişdirmək olsa da, videokart və prosessorda bu mümkün deyil. Noutbukların baha və ucuz olmasında da əsas fərq bu iki nüansa görə müəyyənləşir.

Noutbukların dayanıqlılığına gəlincə, burada korpusun metaldan olması daha yaxşıdır: “HD ProBook”, “ASUS Zenbook” və “Lenovo LOQ” modelləri aiddir.

- Oyun, dizayn yaxud gündəlik işlər üçün hansı növ noutbuklar məsləhətlidir? Onlar bir-birindən nə ilə fərqlənirlər?

- Oyun və dizayn işləri üçün əsasən “Gaming” model noutbuk almaq məsləhətdir. “ACER”in “Predator”, “ASUS”un “ROG”, “Lenovo”nun “Legion” “MSİ”nin bütün modelləri, eləcə də, “DELL “HD”nin oyun və dizayn üçün nəzərdə tutulmuş seriyaları var.

Oyun və dizayn üçün minimum “i7” və “i9” prosessorlarından istifadə olıunmalıdır. Videokartın isə 4060, 4070, 4080 seriyada olması mütləqdir. Yeni çıxan modellərdə 50 seriyalılar da var.

Masaüstü kompüterlərdə videokart və prosessoru dəyişmək olsa da, noutbuklarda təəssüf ki, bu, mümkün deyil.

Gündəlik işlər üçün videokart o qədər də vacib deyil. “i3”, “i5” prosessorlarla rahatlıqla işləmək olur. Burada minimum 8 ram, 256 və yaxud 512 GB yaddaşlı modellərdən istifadə etmək məsləhətdir.

- Taleh bəy, ləng işləyən, yüklənən, donan kompüter və noutbukları ustaya aparmadan evdə necə əvvəlki halına qaytarmaq olar?

- Kompüter və noutbukla bağlı heç bir məlumat olmadan ona ev şəraitində müdaxilə etmək tövsiyə olunmur. Əgər müəyyən qədər kompüter arxitekturasından anlayış varsa, o zaman noutbuklarda arxa hissəni açıb, bateryanı çıxararaq, maksimum tozları təmizləmək olar. Masaüstü kompüteri isə elektrikdən ayıraraq, saç feni yaxud fırça ilə tozlarını təmizləmək, radiatoru çıxarıb, pastasını dəyişib, yenidən quraşdırmaq olar. Heç bir anlayış yoxdursa, servisə yaxınlaşıb, cihazı diaqnostikadan keçirib, təmir etdirmək məsləhətdir.

Müştərilər bəzən özləri kompüteri söküb, tozunu təmizləmək, pastasını dəyişmək istəyirlər. Lakin ehtiyatsızlıqdan ya batareyanı çıxarmırlar, ya vinti itirirlər, ya da cihazı zədələyirlər. Kiçik görünən bu detallarda belə, prosessor, videokart yana, qida sistemi sıradan çıxa bilir. Təəssüf ki, bu halda düzəlməsi üçün tələb olunan xərc daha da artır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri