Icma.az
close
up
RU
Bu dərmanlar pulsuz verilə bilər Müsahibə Video

Bu dərmanlar pulsuz verilə bilər Müsahibə Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, bir müddət əvvəl dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınması məsələsi parlamentdə müzakirəyə çıxarıldı və ikinci oxunuşdan keçdi. Hansı dərman qruplarının sığorta hesabına veriləcəyi, vətəndaşların dərmanları hansı qaydada əldə edə biləcəkləri, siyahı hazırlanarkən nəzərə alınan meyarlar maraq doğurur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu və digər məsələlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

- Hansı dərman qrupları sığorta təminatına daxil ediləcək?

- Bildiyiniz kimi, Nazirlər Kabinetinin 318S nömrəli, 14 aprel 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi barədə” dövlət tədbirlər planı qəbul olunub. Həmin sərəncamın bir tələbi də ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində qarşılanması məsələsi idi. Agentlik bu sahədə “İcbari tibbi sığorta” haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb. Dəyişiklik layihəsi dövlətin digər əlaqədar qurumları ilə razılaşdırılaraq dövlətə təqdim olunub. Hazırda qanuna dəyişiklik layihəsi Milli Məclisdə oxunuş mərhələsindədir.

Qanun layihəsinin təsdiqindən sonra mərhələli şəkildə əvvəlcə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi xəstəliklərinin, növbəti mərhələdə isə, tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri sığorta təminatına alınacaq. Bu davamlı bir prosesdir. Digər xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri də mərhələli şəkildə Xidmətlər Zərfinə əlavə olunaraq təkmilləşdiriləcək və genişləndiriləcək.

- Dərmanların siyahısı hazırlananda hansı meyarlar əsas götürülür?

- Birinci, əhalinin həmin dərman vasitələrinə maliyyə xərci nəzərə alınır. Yəni, əhali bu dərmanlara nə qədər vəsait xərcləyir, məsələn, keçən ilin satışlarına baxıb, ilk onluqda hansı dərmanların olduğu müəyyənləşdirilir. İkincisi, pasiyentlərin sayına baxılır, ölkədə nə qədər ürək-damar xəstəliyindən, yaxud həzm sistemi xəstəliklərindən əziyyət çəkənlərin statistikası müəyyənləşdirilir. Burada artıq pasiyentlərin sayı rol oynayır. Üçüncüsü, tibbi müraciətlərin sayı və onlara çəkilən sığorta xərcləri nəzərə alınır.

Sözügedən dəyişiklik layihəsi Milli Məclisdə təsdiqləndikdən sonra tənzimləyici qaydalar hazırlanacaq. Xidmətlər Zərfinə dərman vasitələrinin salınması, çıxarılması, pozitiv siyahıların hazırlanması, şərti kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi qaydaları, özəl apteklərlə müqavilələrin nümunəvi formaları olacaq.

- Pasiyentlər dərmanları necə əldə edə biləcəklər?

- Bu qərar bütün ölkə vətəndaşlarına şamil olunacaq. Vətəndaş həkimə müraciət edib və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə və siyahıya uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər özəl apteklərdən ala biləcəklər. Bu yenilikdir, özəl apteklərlə Agentlik arasında müqavilələr bağlanacaq. Müqavilələr əsasında maliyyələşdirmə həyata keçiriləcək. Görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin dərman vasitələrinə maliyyə xərcləri azalacaq. Dərman vasitələri icbari tibbi sığorta təminatına alındığından xəstə dərmana vəsait xərcləməyəcək, xərcləri azalacaq. İkincisi, əhalinin sağlamlıq və həyat keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən dərman vasitələrinə əlçatanlıq təmin ediləcək.

Həmçinin həmin istiqamətlər üzrə Agentliyin xərcləri azalacaq. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərmanları maliyyələşdirdikdə həmin xəstəliklər üzrə həkimə müraciətlər və ağırlaşmalar az olacaq. Nəticədə stasionar yatışlar azalacaq, ürək əməliyyatlarına göstərişlərin sayı azalacaq. Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri həmin qrup xəstələrin həm sağlamlıq göstəricilərinin, həm də həyat keyfiyyətlərinin yaxşılaşmasına səbəb ola bilər.

- Bəzi dərmanların tərkibi eyni olsa da, qiymətləri fərqlidir. Yəni firma və apteklərdən asılı olaraq fərqli qiymətlər müəyyənləşdirilib. Bəs bu məsələ necə tənzimlənəcək?

- Dərman vasitələri Tarif Şurası tərəfindən qiymətləndirilir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri müxtəlif qiymətlərdə ola bilər. Yeni layihədə bu məsələnin tənzimlənməsi təklif olunmuşdur ki, burada dərman vasitələri Xidmətlər Zərfində təsiredici maddələri göstərilməklə yer alacaq. Həmin təsiredici maddələrə əsasən pozitiv siyahıda olan dərman vasitələrinə şərti kompensasiya məbləği - yəni sığorta tərəfindən ödənilən məbləğ müəyyən ediləcək.

Apteklərdə sığorta tərəfindən ödənilən məbləğ ilə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi mövcud olacaq və bu dərman vasitələrini sığorta tam qarşılayacaq. Bəzi dərman vasitələrinin aptekdəki qiyməti ilə sığorta tərəfindən ödənilən məbləğ arasında fərq yarana bilər. Bu halda seçim pasiyentə veriləcək. Sığorta tərəfindən ödənilən məbləğ ilə pasiyentin seçdiyi dərman vasitəsinin qiyməti arasında fərq yaranarsa aradakı fərqi pasiyent özü ödəyərək istədiyi dərman vasitəsi ilə təmin oluna biləcək.

Gülnar Əliyeva

Video: Xəyal Vəlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri