Icma.az
close
up
RU
Bu kimi adlar uşağın gələcək həyatına mənfi təsir edə bilər və... AÇIQLAMA

Bu kimi adlar uşağın gələcək həyatına mənfi təsir edə bilər və... AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dinimizdə uşaqlara verilən adların hökmü, əsasən, Qurana, Sünnəyə, İslam alimlərinin görüşlərinə və ictimai fayda prinsiplərinə əsaslanır. Ümumiyyətlə, İslamda uşaqlara ad qoymaq valideynin övladına qarşı ilk və ən mühüm haqlarından biridir və bu seçim məsuliyyət və şəri baxımdan əhəmiyyət daşıyan bir məsələdir.Peyğəmbərimiz Məhəmməd (s) buyurub: "Siz Qiyamət günü adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Odur ki, adlarınızı gözəl qoyun." (Əbu Davud, Ədəb, 69). Bu hədis ad seçiminin nə qədər vacib olduğunu göstərir. Yəni İslam uşağa gözəl və mənalı ad qoymağı təşviq edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, İslamda bir adın qoyulması yalnız aşağıdakı hallarda qadağan olunur: 
"Allahın sifətlərinə və adlarına bənzəyirsə və qarşısında “Abd” (qulluq) sözü yoxdursa. Məsələn, yalnız “Rəhman”, “Qadir” kimi adlar Allahın xüsusi adları sayıldığı üçün bu adlar “Abdur-Rəhman”, “Abdul-Qadir” formasında qoyulmalıdır. Əgər "Abd" olmadan qoyularsa, bu adlar şirkə aparan və dini baxımdan uyğun olmayan adlar sayılır. Pis və mənfi məna daşıyırsa. Məsələn, "Şeytan", "Firon", "Qabil", "Yezid" kimi adlar, İslam tarixində mənfi obrazlar olaraq tanınır və bu adların verilməsi İslam əxlaqına və müsəlmanların duyğularına uyğun sayılmır. İslam düşmənlərinin, tiranların və kafirlərin tanınmış adlarıdırsa. Bu adlar uşağın şəxsiyyətinə, psixologiyasına və cəmiyyətlə münasibətinə mənfi təsir göstərə bilər. Eyni zamanda bu, İslam dəyərlərinə ziddiyyət təşkil edə bilər".
Onun sözlərinə görə qız uşağına kişi adı və ya əksinə verilməsi cəmiyyət baxımından da, dini baxımdan da uyğun sayılmaz:
"Bu kimi adlar uşağın gələcək həyatına mənfi təsir edə bilər və bu da "müsəlmanın müsəlmana zərər verməməsi" prinsipinə ziddir. Peyğəmbərimiz (s) bir çox şəxslərin adlarını bu səbəbdən dəyişdirmişdir. Məsələn, "Asiyə" (üsyankar) adını "Cəmilə"yə çevirmişdir (Müslim, Ədəb, 14).Yekun olaraq, İslamda mütləq şəkildə qadağan olunmuş konkret adlar azdır, lakin adın mənası, tarixi yükü, dinlə və cəmiyyətlə əlaqəsi nəzərə alınmaqla qərar verilir. Bu baxımdan “bu adı qoymaq olmaz” demək üçün həmin adın mənfi dini və ya tarixi mənası olmalıdır. Əgər belə bir mənfi mənası yoxdursa, o zaman “qadağandır” demək əsassız olar.Bu məsələ din deyil, dini və mənəvi ədəb və məsuliyyət məsələsidir. Ona görə də valideynlər ad seçərkən yalnız ədəbli və dini qadağalara zidd olmayan, eyni zamanda cəmiyyət tərəfindən qəbul edilə bilən və uşağın şərəfini qoruyan adlar qoymalıdırlar".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri