Icma.az
close
up
RU
Qadının yaşı uşağın cinsiyyətinə təsir edir ALİMLƏRDƏN AÇIQLAMA

Qadının yaşı uşağın cinsiyyətinə təsir edir ALİMLƏRDƏN AÇIQLAMA

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Alimlər valideynlərin hansı genetik xüsusiyyətlərinin uşağın cinsinə təsir etdiyini müəyyən ediblər. Yeni bir araşdırmaya əsasən, uşağın doğularkən cinsiyyəti əvvəllər düşünüldüyü kimi tamamilə təsadüfi müəyyən olunmur, əksinə müəyyən bioloji meyllərlə bağlı ola bilər. Belə qənaətə Harvard İctimai Səhiyyə Məktəbinin alimləri gəliblər, lakin elmi ictimaiyyətdə bəzi mütəxəssislər bu nəticələrə skeptik yanaşırlar.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Geniş yayılmış bir fikirə görə, uşağın oğlan və ya qız olma ehtimalı təxminən 50-yə 50-dir, sanki pul atmaq kimidir. Bu fikir, spermanın meyoz prosesi zamanı eyni ehtimalla X və ya Y xromosomu daşıması əsasında formalaşıb.

Lakin bu nəzəriyyə tam olaraq reallığı əks etdirmir. Əvvəla, hətta pul atarkən belə nəticə həmişə dəqiq 50-yə 50 olmur. İkincisi, uşağın cinsiyyətinin müəyyən olunması X və Y xromosomlarının sadəcə birləşməsindən daha mürəkkəb bir prosesdir.

Üstəlik, yalnız bir cinsin yalnız qızların və ya yalnız oğlanların doğulduğu ailələrin çoxsaylı sənədləşdirilmiş halları mövcuddur ki, bu da əlavə bioloji faktorların olduğunu göstərir.

Yeni araşdırmanın nəticələri uşağın cinsiyyətinin yalnız təsadüf olmadığını təsdiqləyir. Alimlər ABŞ-da tibb bacılarının sağlamlığı ilə bağlı genişmiqyaslı və uzunmüddətli araşdırmada iştirak etmiş 58 007 qadının məlumatlarını təhlil ediblər və müəyyən ediblər ki, yalnız bir cinsdən uşaqları olan ailələr, oğlan və qız ehtimallarının bərabər olduğu statistikalardan daha çox rast gəlinir.

Tədqiqatçılar hesab edirlər ki, uşağın cinsiyyətinə müəyyən bioloji və demoqrafik amillər təsir göstərə bilər. Onlardan biri kimi, ananın ilk hamiləlikdə yaşı qeyd olunur. Yaş artdıqca yalnız bir cinsdən uşaqların doğulma ehtimalı artır.

Daha bir vacib məqam ümumi doğum sayıdır: Toplanan məlumatlara əsasən, üç və daha çox uşağı olan qadınlarda bütün uşaqların bir cinsdən olması, təsadüfi bölgü ilə izah edilə bilməyəcək qədər tez-tez rast gəlinir.

Alimlər bəzi qadınların genomlarını təhlil edərək, müəyyən genetik faktorların uşağın cinsiyyətinə təsir edib-etmədiyini öyrənməyə çalışıblar. Nəticədə onlar müəyyən genetik variantları aşkarlayıblar ki, bu variantlar yalnız bir cinsdən olan uşaqların doğulması ilə əlaqələndirilir, xüsusilə də CYP2U1 genində.

Bununla yanaşı, NSUN6 genindəki bir variant yalnız qızların doğulması ilə əlaqələndirildiyi halda, TSHZ1 genindəki bir variant isə yalnız oğlanların doğulması ilə əlaqələndirilib.

Alimlər qeyd edirlər ki, bəzi davranış faktorları, məsələn, hər iki cinsdən uşaq doğulana qədər uşaq sahibi olmağa davam etmək kimi səbəblər nəticələrə təsir göstərə bilər. Buna baxmayaraq, əsas nəticələr sabit qalır. Tədqiqat müəllifləri araşdırmanın bəzi məhdudiyyətlərini də etiraf edirlə, xüsusilə də nümunənin nisbətən kiçik və kifayət qədər müxtəlif olmaması kimi amilləri, eləcə də digər mütəxəssislər bu məlumatların interpretasiyasında ehtiyatlı olmağa çağırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri