Icma.az
close
up
RU
Bu kişilər pensiyasını həyat yoldaşları ilə bölməyə məcbur qalacaq?

Bu kişilər pensiyasını həyat yoldaşları ilə bölməyə məcbur qalacaq?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissənin qadının pensiya fonduna yığılması məsələsi qanuniləşdirilə bilər.

Belə bir fikri Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. O bildirib ki, bəzən kişilər ailə qurandan sonra qadına işləməyə icazə vermirlər. O, bunun qadınların pensiya məsələsinə təsir göstərə biləcəyini deyib: “Belə hallarda kişinin əməkhaqqından qadının da pensiya fonduna yığıla bilər. Məsələni qanuniləşdirmək olar. Buna kimsə etiraz etməməlidir, çünki qadını çalışmağa kişi qoymayıb”. Bu fikir insanlar tərəfindən birmənalı qarşılanmayıb.

News24.az bildirir ki, TNS mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədovun fikirlərini öyrənib.

O, belə bir prosesin mümkünsüz olduğunu bildirib: “Belə bir şey mümkün deyil. Bunu uzun müddət Milli Məclisin üzvü olan, mərkəzi icra hakimiyyətinə rəhbərlik etmiş şəxs bilməlidir. Kim müəyyən edəcək ki, qadını işləməyə kişi qoymayıb, yoxsa qadın özü iqtisadi qeyri-fəal şəxs olub, yəni evdar qadın kimi qalmaq istəyib. Bu məsələdə məcburiyyətin olduğu necə müəyyən ediləcək. Bunun kriteriyası nədir?”.

Sahib Məmmədov qanunvericilkdə olan məsələlərdən də bəhs edib: “Əgər kişi vəfat edərsə, onun pensiyasını həyat yoldaşı ala bilər. Əksinə də ola bilər. Belə ki, qadının pensiyası kişidən daha yüksək olduğu halda, əgər qadın vəfat edibsə, həyat yoldaşı öz pensiyasından imtina etməklə qadının pensiyasını ala bilər. Bu, qanunvericilikdə əks olunub. Amma Mübariz Qurbanlının təklifini qanunvericiliyə gətirmək olmaz. Bu fikir konstitutsiyaya da zidd fikirdir”.

Məsələ ilə bağlı Sahib Məmmədov sosial şəbəkə hesabında da fikirlərini bölüşüb. O bildirib ki, rəsmi statsitikaya görə, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunların da çoxu qadınlardır: “ İndi Dövlət Sosial Müdafiə Fondu (DSMF) hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Burda bir yol qalır. Gərək qadın məhkəmə qaydasında idda qaldırsın ki, əri onu işləməyə qoymur.

Deyək ki, qadın məhkəmə yolu ilə sübut etdi ki, onu işləməyə əri qoymayıb. Bu halda kişinin yığım kapitalı iki hissəyə bölünəcək və 90% halda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına çatana qədər minimum həddə çatmayacaq. Çünki məbləğ bu ildən artıq 46080 manata çatıb. Bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaqlar. Onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir? Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri