Icma.az
close
up
RU
Rusiya da razılaşmağa məcbur qalacaq

Rusiya da razılaşmağa məcbur qalacaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Zəngəzur dəhlizi necə adlanmasından asılı olmayaraq, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən açılacaq”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, həmin kommunikasiya qovşağının təhlükəsizliyinə və digər məsələlərə nəzarət mexanizmi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək: “Bu məsələ isə həm İranı, həm də Rusiyanı nərahat etdi. İran rəsmiləri ABŞ-nin sərhədə gəlməsindən narahat oldular.

Hətta İran Prezidenti Məsud Pezeşkian da Ermənistana səfəri zamanı regionda kənar ölkələrin iştirakını məqbul saymadığını söylədi. Rəsmi Tehran sərhəd bölgəsində ABŞ-nin mövcudluğunu özünə təhdid hesab edir. Lakin təəssüf ki, Avropa İttifaqının “mülki müşahidə missiyasının” mövcudluğu onları narahat etmir. Nə qədər qəribə də olsa, İran rəsmiləri bu barədə sadəcə yumşaq fikirlər bildiriblər”. 

Ekspert qeyd edib ki, Paşinyan 2020-ci ildə 10 noyabr Bəyanatına imza atarkən Rusiyanın federal xidmət orqanlarının Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşmışdı: “Bu gün isə eyni yolda ABŞ şirkəti ilə bağlı anlaşma imzalayıb. Amma ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan İran liderinə sərhəddə üçüncü tərəfin olmayacağını dedi. Burada Paşinyanın nəyi nəzərdə tutduğuna dair çox ciddi suallar var. Həmin nəqliyyat qovşağı ABŞ şirkətinə həvalə edilibsə, orada mövcudluğu olmadan nəzarət necə olacaq? Bu da çox ciddi sualdır. Yəqin ki, yaxın zamanda buna aydınlıq gətiriləcək”. 

Millət vəkilib diqqətə çatdırıb ki, İran və Rusiya geri addım atacaqlar: “Paşinyanın dediyi ki, dəhlizdə üçüncü tərəfin hərbçiləri olmayacağı təqdirdə İranın ardından Rusiya da bu məsələdə geri addım atacaq. İndiki vəziyyət onu göstərir ki, Paşinyan yenə də ABŞ ilə Rusiya arasında oynayır. Ümumi olaraq isə Tehran və Moskva Zəngəzur dəhlizinin açılması məsələsində Bakının mövqeyi ilə razılaşacaqlar”.

Elmir Mustafa

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see302

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see300

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see287

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see240

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see237

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see235

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see231

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see214

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see201

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see191

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see187

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see180

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see180

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see178

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see169

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see167

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see166

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see162

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see155

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri