Bu klublar ev oyunlarını niyə öz meydanında keçirə bilmir?
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Peşəkar Futbol Liqası ölkə kubokunun 2-ci təsnifat mərhələsinin proqramını açıqladı. Aydın oldu ki, bəzi klublar ev oyununu öz stadionunda keçirə bilməyəcək. Bunlar “Göygöl”, “Dinamo”, “Xankəndi” və “Qaradağ Lökbatan”dı.
Maraqlıdı ki, ilk təsnifat mərhələsində doğma azarkeşləri qarşısında oynayan “Göygöl” 2-ci təsnifat mərhələsinin oyununu Buzovnada keçirəcək. Bu da ictimaiyyətdə maraq doğurur.
“Football-plus.az” məsələnin izinə düşdü və suallara aydınlıq gətirdi. PFL-in Əsasnaməsində yazılır:
“Azərbaycan kubokunun 2-ci təsnifat mrəhələsindən etibarən oyunlar premyer-liqa və 1-ci liqa üçün sifariş olunmuş stadionlarda keçirilməlidi”.
Aydın olur ki, ev oyunlarını doğma stadionda keçirə bilməyən dörd komandanın hamısı 2-ci liqa təmsilçisidi. Buna görə də məcburən rəqibin meydanında nominal ev sahibi kimi oynayacaqlar.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:59
Bu xəbər 17 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















