“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər Arda Turan amili
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın “Şaxtyor” klubu gələcək mövsümdə avrokuboklardakı ev oyunlarını Türkiyədə keçirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin Türkiyənin “Sabah” nəşrinə açıqlamasında bildirib.
Klub rəsmisi Arda Turanın baş məşqçi təyin olunmasından sonra Türkiyə ilə əlaqələrinin daha da gücləndiyini vurğulayıb:
“Ən böyük arzumuz Donetskə qayıtmaq və yenidən ‘Donbas Arena’da oynamaqdır. Arda Turan sayəsində Türkiyə ilə əlaqələrimiz güclənib. Türkiyədə çox yaxşı stadionlar və çılğın azarkeşlər var. Ukraynada müharibə davam etdiyi üçün təəssüf ki, gələn mövsüm də ev oyunlarımızı keçirəcəyimiz stadionu seçmək məcburiyyətində qalacağıq. Türkiyədəki stadionlardan birini də variant kimi nəzərdən keçirə bilərik”.
Palkin Arda Turanın komandanın baş məşqçisi seçilməsinin səbəblərindən də danışıb:
“Arda ‘Eyüpspor’da potensialını göstərmişdi. Futbolçu kimi yüksək səviyyədə qazandığı təcrübə də bizim üçün vacib idi. Xarakteri, motivasiyası və bu çətin vəzifəni üzərinə götürmək istəyi qərarımızda həlledici rol oynadı. Ukraynadakı vəziyyəti bilirdi və buna baxmayaraq, gəlmək istəyirdi.
Arda komandaya böyük enerji gətirdi. Futbolçuları motivasiya etmək bacarığı yüksəkdir. Gənc məşqçidir və hər gün inkişaf edir. Komanda da onunla birlikdə irəliləyir. İlk mövsümündə Ukrayna çempionluğunu qazandıq və UEFA Konfrans Liqasında yarımfinala yüksəldik. Bu, inkişafımızı açıq şəkildə göstərir”.
Baş direktor UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Fənərbaxça” ilə keçirəcəkləri qarşılaşmaya da toxunub:
“Çox canlı atmosfer gözləyirəm. ‘Fənərbaxça’ azarkeşləri enerjilərini tribunalara daşıyacaqlar. Böyük Britaniyada yaşayan ukraynalıların və yerli futbolsevərlərin də bizi dəstəkləməyə gələcəyinə ümid edirik. Stadionunu bizim istifadəmizə verdiyi üçün ‘Çelsi’yə minnətdarıq. Ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılar üçün bu oyunlar vətənləri ilə əlaqəni qorumaq vasitəsidir”.
Palkin müharibə şəraitinin klubun transfer fəaliyyətinə təsir etdiyini də etiraf edib. Onun sözlərinə görə, xarici futbolçuları Ukraynaya gətirmək əvvəlkindən daha çətin olsa da, “Şaxtyor” inkişaf layihəsi və Avropa turnirlərində iştirak imkanları ilə oyunçuları cəlb etməyə çalışır.
Qeyd edək ki, “Şaxtyor” – “Fənərbaxça” qarşılaşması noyabrın 25-də İngiltərədə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Sabah”ın futbolçusuna UEFA-dan ağır cəza “Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Noyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















