Icma.az
close
up
RU
“Bu korrupsiyadır” Parlamentdə Turan Tovuz məsələsi qaldırıldı

“Bu korrupsiyadır” Parlamentdə Turan Tovuz məsələsi qaldırıldı

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan futbolunda yaranan son vəziyyət investorların idmana marağına mənfi təsir göstərə və uzun illər ayrılan vəsaitlərin effektivliyinə dair ciddi suallar yarada bilər.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, son günlər Azərbaycan futbolunda baş verən hadisələr, o cümlədən Tovuzun "Turan" klubu ilə bağlı məsələ ciddi narahatlıq doğurur. O qeyd edib ki, bir iş adamı futbol klubuna milyonlarla vəsait yatırır, komanda nəticə qazanaraq Avropa yarışlarına vəsiqə əldə edir, lakin sonradan iştirakla bağlı problemlərlə üzləşir:

“İş adamı gedir, komandanı götürür, milyonlarla vəsait xərcləyir, Avropa Kuboklarına vəsiqə qazanır, sonra məlum olur ki, bu komanda 10 il Avropada iştirak edə bilməz. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, bu, çox ciddi məsələdir”.

Fazil Mustafa bildirib ki, belə hallar gələcəkdə idmana investisiya yatırmaq istəyən sahibkarların qərarlarına təsir göstərə bilər:

“Hansı iş adamı bundan sonra milyonlarla vəsait xərcləyib bir klub götürər, hansısa rayonda idman həyatını canlandırmağa çalışar? Bu məsələlərə kiçik epizod kimi baxmaq olmaz”.

Deputat qeyd edib ki, futbol sahəsində şəffaflıq və idarəetmə məsələləri ayrıca diqqət tələb edir:

“Biz korrupsiya məsələlərinə yalnız hansısa dövlət qurumunda baş verən ayrıca hadisə kimi baxmamalıyıq. Bunun nəticəsi illərlə ayrılan vəsaitlərin səmərəliliyinə də təsir edir”.

Fazil Mustafa çıxışında region ölkələri ilə müqayisələr də aparıb. Onun sözlərinə görə, legioner futbolçu sayı baxımından Azərbaycan geri qalır:

“Özbəkistanın 60 legioner futbolçusu var, Gürcüstanın 120, Ermənistanın 40 futbolçusu müxtəlif ölkələrdə çıxış edir. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə oynayır və onların böyük hissəsi yüksək səviyyəli futbol ölkələrində çıxış etmir. Bu, ölkəyə valyuta gətirmək, ölkənin nüfuzunu artırmaq deməkdir. Ona görə də futbol sahəsindəki problemlərə daha sistemli yanaşmaq lazımdır” - deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri