Icma.az
close
up
RU
Fazil Mustafa parlamentdə “Turan Tovuz” məsələsindən danışdı

Fazil Mustafa parlamentdə “Turan Tovuz” məsələsindən danışdı

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan futbolunda yaranan son vəziyyət investorların idmana marağına mənfi təsir göstərə və uzun illər ayrılan vəsaitlərin effektivliyinə dair ciddi suallar yarada bilər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, son günlər Azərbaycan futbolunda baş verən hadisələr, o cümlədən Tovuzun “Turan” klubu ilə bağlı məsələ ciddi narahatlıq doğurur. O qeyd edib ki, bir iş adamı futbol klubuna milyonlarla vəsait yatırır, komanda nəticə qazanaraq Avropa yarışlarına vəsiqə əldə edir, lakin sonradan iştirakla bağlı problemlərlə üzləşir:

“İş adamı gedir, komandanı götürür, milyonlarla vəsait xərcləyir, Avropa Kuboklarına vəsiqə qazanır, sonra məlum olur ki, bu komanda 10 il Avropada iştirak edə bilməz. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, bu, çox ciddi məsələdir”.

Fazil Mustafa bildirib ki, belə hallar gələcəkdə idmana investisiya yatırmaq istəyən sahibkarların qərarlarına təsir göstərə bilər:

“Hansı iş adamı bundan sonra milyonlarla vəsait xərcləyib bir klub götürər, hansısa rayonda idman həyatını canlandırmağa çalışar? Bu məsələlərə kiçik epizod kimi baxmaq olmaz”.

Deputat qeyd edib ki, futbol sahəsində şəffaflıq və idarəetmə məsələləri ayrıca diqqət tələb edir:

“Biz korrupsiya məsələlərinə yalnız hansısa dövlət qurumunda baş verən ayrıca hadisə kimi baxmamalıyıq. Bunun nəticəsi illərlə ayrılan vəsaitlərin səmərəliliyinə də təsir edir”.

Fazil Mustafa çıxışında region ölkələri ilə müqayisələr də aparıb. Onun sözlərinə görə, legioner futbolçu sayı baxımından Azərbaycan geri qalır:

“Özbəkistanın 60 legioner futbolçusu var, Gürcüstanın 120, Ermənistanın 40 futbolçusu müxtəlif ölkələrdə çıxış edir. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə oynayır və onların böyük hissəsi yüksək səviyyəli futbol ölkələrində çıxış etmir. Bu, ölkəyə valyuta gətirmək, ölkənin nüfuzunu artırmaq deməkdir. Ona görə də futbol sahəsindəki problemlərə daha sistemli yanaşmaq lazımdır” – deputat bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri