Bu, Kremlin Bakıya mesajıdır
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məlum olduğu kimi Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində Azərbaycan bu ölkədəki səfirliyi də zərər görüb. Moskva bunu təsadüfi hesab etsə də, lakin ekspertlər tam əksini söyləyirlər.
Newscenter.az-ın xəbərinə görə, "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, Kiyevdəki Azərbaycan səfirliyinin yanına raket bilərəkdən atılıb:
"Bu, Moskvanın Bakıya bir mesajıdır. Rusiya Silahlı Qüvvələrində nəinki Kiyevdə, ümumuilikdə Ukraynada hansı strateji obyektlərin, yaxud diplomatik nümayəndəliklərin olduğu barədə kifayət qədər dəqiq məlumatlar var. Ona görə də Azərbaycan səfirliyinin yaxınlığına raketin təsadüfən düşməsi barədə iddialar absurddur. Bir sözlə səfirlik yaxınlığına zərbə qəsdən endirilib".
Arzuman Muradlı hesab edir ki, Azərbaycanın Ukraynaya humanitar yardım etməsi Rusiyada qıcıq yaradır və ona görə də bu cür məkirli planlarla Bakıya təsir göstərəcə biləcəyini sanır:
"Bu çox iyrənc, beynəlxalq hüquq normalarına sığmayan bir yanaşmadır, hərəkətdir. Əgər doğurdan da təsadüf idisə, o zaman atılan raket Avropa ölkələrindən birinin səfirliyi yaxınlığına düşərdi, Azərbaycan səfirliyi yox".
Arzuman Muradlı onu da deyib ki, Rusiyanın müharibə cinayətləri törətməsi, mülki obyektləri hədəf alması adi hala çevrilib:
"Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması timsalında biz bunu aydın şəkildə gördük"
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir Politoloq
24 İyul 2025 07:01
Kremlin NATO “şantajı”: “Bu, Bakıya hücumun ikinci mərhələsidir” ŞƏRH
15 İyul 2025 10:53
Kremlin Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır
10 İyun 2025 20:32
Kremlin Bakıya qarşı addımları Ərdoğanın susmasının səbəbi...
02 İyul 2025 20:12
Kremlin Bakıya qarşı təxribatçı cəhdi və “düzəlişi”
11 İyun 2025 17:29
Baxış sayı:49
Bu xəbər 29 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















