Icma.az
close
up
RU
Kremlin Bakıya qarşı təxribatçı cəhdi və “düzəlişi”

Kremlin Bakıya qarşı təxribatçı cəhdi və “düzəlişi”

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Tarixdə olduğu kimi, müasir dövrümüzdə də bəzi imperialist ölkələrin imperiya ambisiyalarından əl çəkə bilməməsi, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrin kökündə də məhz imperialist ölkələrin dünyaya ağalıq uğrunda apardığı siyasəti dayanır. Müasir dövrümüzdə biz daha çox imperialist ölkələrin dünyanın müxtəlif coğrafiyasında proksi güclər vasitəsilə süni şəkildə yeni münaqişə ocaqları yaradıb maraqlarını təmin etməyə cəhd etdiklərinin şahidi olmaqdayıq. Düzdür, bir çox hallarda bu böhranlar münaqişəni başladan tərəfin  istəyinin əksi istiqamətdə də inkişaf edir. Ermənistan-Azərbaycan münaqişəsi bunun bariz nümunəsidir. 

Bir çox imperialist güclər son yüz ildən artıq müddətdə erməni kartından istifadə edərək Cənubi Qafqazda maraqlarını təmin etmək üçün bu taktikadan faydalanmağa cəhd ediblər.

XX əsrin sonunda Sovetlər birliyinin çöküşündən faydalanan imperialist güclər erməni və Qarabağ kartından istifadə etməklə bölgədə Ermənistan-Azərbaycan münaqişəsini yenidən qızışdırmaqla niyyətlərinə nail olmaq istəyiblər. Lakin Prezident İlham Əliyev qlobal çağırışlara çevik reaksiya verib düzgün siyasət yürütməklə geosiyasi prosesləri Azərbaycanın xeyrinə çevirməklə “erməni kartı” məğlubiyyətə uğradılıb. Nəticədə Azərbaycan nəinki yerləşdiyi coğrafiyada, daha geniş coğrafiyada yeni geosiyasi reallıqlar yaradıb. 

Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun yürütdüyü xarici siyasətinin ana xəttini isə dünya ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu səviyyədə sülhpərvər əməkdaşlıq təşkil edir və bu istiqamətdə də fəaliyyətini həyata keçirməkdədir. 

Təbii ki, Azərbaycanın bu qələbəsi və yaratdığı yeni geosiyasi reallıqlar həm yaxın, həm uzaq coğrafiyada yerləşən imperialist güclər tərəfindən həzm edilə bilmir. Ona görə də zaman-zaman Azərbaycan hədəfə alınır. Elə son günlərdə RF prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edərək Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim etməsi də bu qəbildəndir. Düzdür, Medinskinin bu açıqlamasından sonra Moskva bu səhvini düzəltməyə çalışaraq RF XİN sözçüsü vasitəsilə Rusiyanın Qarabağı da Azərbaycanın tərkib hissəsi olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Moskva bu mesajı ilə yanaşı, “qaş düzəldən yerdə, gözü də çıxaran”, “üzrü səhvindən betər” bir hərəkətə yol verib.   

Kreml media resursları vasitəsilə Azərbaycanla Rusiyanın strateji tərəfdaşı olduğunu xatırladaraq Bakının Moskvanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatı dəstəkləmək və işğal etdiyi Krımı, Donetski, Luqanskı, Xersonu, Zaporyojeni, Sebvastoplu Rusiyanın ərazisi kimi tanınması kimi bir təxribatçı mesaj ünvanlayıb. 

Bununla da Kreml təmsilçiləri ən yumşaq dillə ifadə etsək, RF prezidentinin köməkçisi Medinski kimi məsələlərə savadsız yanaşmasını davam etdiriblər. Ya Kreml təmsilçilərinin 22 fevral 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"dən xəbəri yoxdur, yaxud da sənədə öz istədikləri kimi yanaşmasından irəli gəlir. Çünki Kremlin Bakıya ünvanladığı həmin təxribatçı mesaj imzalanan sənədlə heç bir uyğunluğu yoxdur. Bunun üçün 22 fevral 2022-ci il tarixdə imzalanan sənədin elə ilk bəndələrinə diqqət yetirmək kifayətdir.

Sənəddə deyilir:

- Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
- Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
- Rusiya və Azərbaycan həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.
- Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
- Rusiya və Azərbaycan Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.
- Rusiya və Azərbaycan Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. 
- Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.
- Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
- Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
- Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
Kreml təmsilçilərinin son günlərdə Azərbayan haqqında səsləndirdikləri ifadələrin bir daha hər iki ölkə arasında imzalanan bu sənədin ruhuna zidd olduğunu ortaya qoyur. Buna isə lazım gəldikdə öz maraqları naminə beynəlxalq hüququ görməzlikdən gəlmək, yaxud beynəlxalq hüquqa hayqırı deyərlər. Bu cür yanaşma ilə nə Moskva, nə də ki, digər imperialist güclər dünyada mövcud beynəlxalq hüququn aliliyi prinsipini təmin edə bilər. Əksinə, bu yanaşma regional və qlobal böhranın dərinləşməsinə, xaosun yaranmasına xidmət edir. 

Azərbaycan istər Rusiya-Ukrayna, istərsə də dünyadakı digər münaqişələrin  güc yolu ilə deyil, ölkələrin ərazi bütövlüyü  çərçivəsində danışıqlar yolu ilə həlli prinsipindən çıxış edir və bu prinsipinə sadiqdir. Odur ki, Moskvanın bu cür metodlarla Bakıya təzyiqi və ya təxribatçı hərəkətləri mənasızdır və bütün bunlar nəticə verməyəcək. Ən yaxşısı, Moskva “ayı prinsipi” yanaşmasından əl çəkib imzalanan sənədin ruhuna uyğun olaraq bərabərhüquqlu səviyyədə Bakı ilə münasibətlərini qursa daha yaxşı olar. 

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri