Bu, Kremlin saman çöpündən yapışmasına bənzəyir Politoloq
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
"Rusiyanın bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına istinad etməsi Kremlin saman çöpündən yapışmasına bənzəyir. Məsələ bitib".
Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

"Birincisi, bəyanat qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsiylə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil”. Bu lap özü olmayan, ancaq quru adı qalan Minsk Qrupunun “varlığına” bənzəyir ki, o da son günlərini yaşayır. Kremlin İrəvanla münasibətləri soyuq, Bakı ilə də, üç iştirakçıdan ikisi 9 noyabrın tarixdə qaldığını bildirirsə, üçüncünün israrla “bəyanat qüvvədədir” xatırlatmasının heç bir əsası yoxdur".
Zaur,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















