Icma.az
close
up
RU
Saman çöpündən yapışan Ruben

Saman çöpündən yapışan Ruben

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxud öz ayağından asılan keçinin “vəsatət dramı”

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrinə əsasən və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-da davam etdirilib. R.Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib. Yazımız bu barədədir.

Deməli, Vardanyan “ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin – Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələrinin dindirilməsini xahiş edib. Rubenin ikinci istəyi budur ki, hərbi qulluqçu olmadığından, təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasın. Növbəti vəsatətində Vardanyan cinayət işi üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istədiklərini və həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş edib. Nəhayət, o, Azərbaycanın dövlət sərhədini qanunsuz keçməklə bağlı özünə qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib, “vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini” istəyib.

Əlbəttə, Vardanyanın qaldırdığı bütün vəsatətlərə, belə demək mümkünsə, hüquq dilində cavab verildi və məqsədimiz heç də mövcud prizmada hansısa fikir bildirmək deyil. Məqsədimiz Rubenin etdiyinin vəsatət qaldırmaq yox, həyasızlıq olduğunu vurğulamaqdır. Təsəvvür edin, biri cinayət törədir, eyni əməli başqalarının da törətdiyini yadına salır, yaxud bunu düşünür və həmin başqalarının da cəzalandırılmasını istəyir, amma sırf özünə görə cavab verməli olduğunun fərqinə varmır. Yəni, Ruben daha bir populyar misaldakı kimi, hər keçinin öz ayağından asıldığını ağlına gətirmir. Halbuki, bunu nəzərə almalı və bilməlidir ki, özü yıxılanın ağlaması kənardan çox gülünc görünür. Əlbəttə, o, təkcə yıxılmayıb, eyni zamanda, obrazlı desək, başını-gözünü dağıdıb.

Vardanyanın məhkəmədən baş nazir Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələrinin dindirilməsini nə üçün istəməsi anlaşılan deyil. Hər halda, N.Paşinyan onu Rusiyadan Ermənistana çağırmamışdı. O da məlumdur ki, Rubeni Qarabağa göndərənlər, böyük ölçüdə, ötən əsrin 90-cı illərindəki “ssenarinin” təkrarlanacağına ümid bəsləmişdilər. Söhbət Ermənistanda hakimiyyətə qəsb ssenarisindən gedir.

Belə ki, 1998-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı istefaya məcbur edən məhz “Qarabağ klanı” olmuşdu. İkinci Qarabağ müharibəsinin nəticələri bu klanı demorilizə etdi. Ona yeni nəfəs lazım idi ki, bu “missiyanı” Vardanyan yerinə yetirməli idi. Yəni, Rubenin Qarabağda nüfuz qazanması və Ermənistanda hakimiyyətin zəifləməsindən yararlanaraq cəngavər obrazında İrəvana daxil olması, iqtidara yiyələnməsi hesablanmışdı. Lakin heç nə yolunda getmədi. Əvvəla, Azərbaycan qətiyyətli davrandı, nəticədə Vardanyan Qarabağ ermənilərinə yeni problemlər gətirən şəxsə çevrildi. İkincisi isə baş nazir Paşinyan hakimiyyəti möhkəm oldu, təzyiqlər qarşısında əyilmədi. Rubenin Nikolu açıq şəkildə təhqir etməsi isə özünə qaldı. Böyük ehtimalla, o zaman birinci ikincini Qarabağ adlı bataqlıqda qalmasına səbəb olduğu üçün lənətləyirdi. Çox güman, Rusiyadan bölgəyə göndəriləndə Vardanyana tamam başqa vədlər verilmişdi. Ermənistanda hakimiyyətə gəlmək vədi də həmçinin.

Deməli, kimlərinsə “Qarabağ klanı” üzərindən tarixi təkrarlamaq cəhdləri iflasa uğradı. Bütün iflaslar fonunda Ruben indi vaxtilə Rusiyadan, sanki, paraşütlə atıldığı torpağın həm beynəlxalq hüquqla, həm də mənəvi baxımdan Azərbaycana məxsusluğunu düşünmədən hərəkətlər etməsinin nəticəsi ilə üz-üzədir. Şübhəsiz, Vardanyan barəsində çıxarılacaq hökm ədalətli olacaq. Bunu demək üçün əsas onunla bağlı məhkəmə prosesinin qanunvericiliyə tam uyğunluğu və şəffaflığıdır.

Keçək Vardanyanın ATƏT-in Minsk qrupunun üzvlərinin dindirilməsinə dair vəsatətinə. Görəsən, adamın sözügedən təsisatın rəsmən ləğvindən xəbəri varmı? Hər halda, olmamış olmaz. Üstəlik, Vardanyan Qarabağda olanda da Minsk qrupu de-fakto heç bir fəaliyyət göstərmirdi. Amma bir anlıq təsəvvürə gətirək ki, qurumun həmsədrləri məhkəməyə çağrılıblar. Axı onların hansı fikirləri Rubeni təmizə çıxara bilər? Heç nəzəri baxımdan da bunu düşünmək mümkün deyil. Yoxsa, Vardanyan demək istəyir ki, Minsk qrupunun üzvlərini Azərbaycan ərazisinə qeyri-qanuni daxil olduqlarına görə mühakimə etmək lazımdır? Əgər bunu nəzərdə tutursa, adamı, müəyyən mənada, başa düşmək mümkündür.

Amma yenə də deyək ki, hər keçi öz ayağından asılmalıdır. Vaxtilə Ermənistanın Azərbaycana qarşı işğalına münaqişə libası geyindirənlər bu gün Minsk qrupunun ləğvini həyata keçirirlərsə, deməli, həm də ilahi ədalət öz yerini tutur. Vardanyan tam əmin olsun ki, o, eyni zamanda Qarabağda ədalətin zəfər çalmasına maneə yaratdığı, daha dəqiq desək, maneə yaratmaq istəyənlərin cəbhəsində yer aldığı üçün məhkəmə önündədir. Rubenin bilavasitə müttəhimlər kürsüsündə əyləşməsinin daha bir səbəbi isə Roma papasından daha artıq katolikliyə can atmasıdır. Adətən, belələrinə birdəfəlik istifadə materialı da deyilir.

Vardanyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələrinin məhkəmə dindirilməsini nəyə görə istəyir, bu da heç anlaşılmır. Görəsən, qurumun ölkəmizdəki təmsilçiləri gəlib deyəcəklər ki, Ruben yaxşı oğlandır? Vardanyanın hərbi qulluqçu olmadığından, təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmaması istəyinə gəlincə, bu da həyasızlığın növbəti fazasıdır. Bunu ədalət mühakiməsində təqdim olunmuş dəlil və sübutları nəzərə almadan deyirik. Onu da deyirik ki, Ruben irəli sürdüyü vəsatətlərlə tam manipulyativ yol tutur. Adamın cinayət işi üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istəməsi və həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş etməsi də aşkar manipulyasiyadır.

Aydındır ki, məhkəmə bütün məsələlərə həssas yanaşır, ən xırda prosedurlar yerinə yetirilir. Vardanyanın Azərbaycanın dövlət sərhədini qanunsuz keçməklə bağlı özünə qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib, Qarabağdakı Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini istəməsinə dair vəsatətinə gəldikdə isə sual yaranır: Bu, Rubenin nəyinə lazımdır? Bəlkə o, demək istəyir ki, Azərbaycan ərazisinə keçərkən Rusiya sülhməramlılarından icazə alıb? Bəlkə Qarabağa silah-sursat daşınmasının onun yox, sülhməramlı kontingentin təşəbbüsü olduğunu vurğulamaq niyyətindədir?

Sonda bir daha deyək ki, R.Vardanyanın vəsatətlərinin mənasızlığı hüquq dilində sübuta yetirildi və bu barədə qeydlər cəmiyyətə açıqlandı. El arasında isə belə bir misal da var ki, cəhənnəmə gedən özü ilə yoldaş aparar. Vardanyan təxminən eyni durumdadır. Amma bir daha onu bildirək ki, Rubenlə əlaqədar məhkəmə prosesi ədalətli şəkildə keçirilir və barəsindəki qərarın ədalətli olacağı şübhəsizdir. Qərarın özündə nəyi ehtiva edəcəyini proznozlaşdırmaq niyyətindən uzağıq. İndilik görünən mənzərə, eyni zamanda, dəryada boğulan birinin saman çöpündən yapışmasına bənzəyir.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri