Icma.az
close
up
RU
Bu “like” ehtiyacı haradan qaynaqlanır? PSİXOLOQ İZAH ETDİ

Bu “like” ehtiyacı haradan qaynaqlanır? PSİXOLOQ İZAH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Sosial mediada “bəyənilmək” sadəcə xoş hiss deyil, psixoloji ehtiyacdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, müasir dövrdə insanlar sosial mediada paylaşdıqları şəkil və statusların bəyənilməsinə xüsusi həssaslıqla yanaşırlar: "Bəs bu “like” ehtiyacı haradan qaynaqlanır? Bu sadəcə özünü göstərmək istəyidir, yoxsa daha dərinə enən psixoloji bir ehtiyac?

Əslində, sosial mediada bəyənilmək istəyi insanın təməl psixoloji ehtiyaclarından biri olan qəbul edilmə və təsdiqlənmə arzusuna söykənir. Uşaq yaşlarımızdan etibarən gördüyümüz diqqət, aldığımız tərif və ya laqeydlik bizdə bir sual yaradır: “Mən dəyərliyəmmi?” Bu sualın cavabını isə çox zaman başqalarının reaksiyası ilə axtarırıq. Sosial media bu ehtiyacı sanki “rəqəmlərlə” cavablandırır:

– çox bəyənildimsə, deməli qəbul olunuram,
– az bəyənildimsə, deməli yetərli deyiləm.

Beyin bu rəqəmsal təsdiqi “dopamin” mükafatı ilə əlaqələndirir, yəni xoşbəxtlik hormonu. Hər bəyənmə bir növ, “səni görürük, sən vacibsən” mesajıdır. Amma təhlükə burdadır: İnsan bəyənilməyə o qədər fokuslana bilər ki, öz “mən”ini yox, başqalarının görmək istədiyini paylaşmağa başlayar. Bu isə uzun müddətdə özünü itirmə, süni həyat tərzi və hətta depressiya ilə nəticələnə bilər.

Sosial mediadan istifadə edərkən unutmamalıyıq: Sən orada kiminsə xoşuna gəlmək üçün yox, özünü ifadə etmək üçün varsan. Bəyənilmə ehtiyacını başqalarının əlindən alma, onu öz içində doldurmağı öyrən".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri