Icma.az
close
up
RU
Özünü sevmək nədir? PSİXOLOQ İZAH ETDİ

Özünü sevmək nədir? PSİXOLOQ İZAH ETDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müasir dövrdə şəxsi inkişaf və psixoloji sağlamlıq mövzularında tez-tez bir ifadəyə rast gəlirik: "Özünü sev." Motivasiya kitabları, seminarlar, sosial şəbəkələrdəki paylaşımlar insanlara özlərini sevməyi, dəyərləndirməyi tövsiyə edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.

O bildirib ki, lakin bu çağırış bəzən yanlış anlaşılır və “özünü sevmək” eqoistlik kimi başa düşülür: "Bəs həqiqətdə özünü sevmək eqoistlikdirmi, yoxsa sağlam psixologiyanın bir təzahürüdür?

Özünü sevmək nədir?

Özünü sevmək insanın öz dəyərini və və özünün bütün xüsusiyyətlərini qəbul etməsi, öz ehtiyaclarına hörmət etməsi və daxili harmoniyasını qorumasıdır.

Özünü sevən insan: Öz sərhədlərini bilir və qoruyur. Özünə qarşı anlayışlı və şəfqətli olur. Xətalarını qəbul edib onlardan öyrənir. Başqalarının dəyərini inkar etmədən öz dəyərini tanıyır.

Eqoistlik nədir?

Eqoistlik başqalarının ehtiyac və hisslərini nəzərə almadan yalnız öz maraqlarını üstün tutmaqdır.

Eqoist insan: Başqalarının sərhədlərinə hörmət etməz. Yalnız öz rahatlığını və mənfəətini düşünər. Sosial münasibətlərdə təkcə öz qazancını önə çəkər.

Çox vaxt cəmiyyətdə özünü sevmək və eqoistlik anlayışı qarışdırılır. Halbuki onlar bir-birindən köklü şəkildə fərqlənir:
Erich Frommun fikrincə: "Başqasını sevə bilmək üçün insan əvvəlcə özünü sevməyi bacarmalıdır."

Sağlam psixologiyada özünü sevməyin rolu mühüm amillərdəndir. Özünü sevən insan daha güclü emosional dayanıqlığa sahib olur. Tənqid və çətinliklərlə daha sağlam mübarizə aparır. Sağlam münasibətlər qurur, çünki münasibətlərdə həm verən, həm alan tərəf olur. Stress və tükənmişlik sindromundan qorunmağa daha meyilli olur. Əksinə, özünü sevməyən insan isə aşağı özdəyər hissi ilə yaşar. Özünü tənqid və daxili gərginlik içində boğulur. Başqalarının sevgisinə həddindən artıq möhtac hiss edir. Asılı və zərərli münasibətlərə düşmək riski daşıyır.

Niyə bəzən özünü sevmək eqoistlik kimi görünür?

1. Cəmiyyətin köhnə inancları: Bir çox mədəniyyətlərdə fədakarlıq və özünü qurban vermək ideal kimi təqdim edilir. Belə bir mühitdə sərhəd qoyan və ehtiyaclarını ön plana çəkən insan eqoist adlandırıla bilər.
2. Yanlış təqdim edilən "özünü sev" mesajları: Bəzən motivasiya şüarları yalnız “öz rahatlığını düşün, başqalarına əhəmiyyət vermə” kimi təqdim olunur. Bu isə insanlarda çaşqınlıq yaradır.
3. Sərhəd qoymağın düzgün anlaşılmaması: Özünü sevən insan “yox” deməyi bacarır. Bu isə bəzi insanlar üçün eqoistlik kimi görünə bilər, halbuki bu sağlam sərhədin göstəricisidir.

Özünü sevən insan başqalarına da sevgi və anlayış göstərə bilir. Əslində, başqalarına dəyər verməyin və empati qurmağın yolu özümüzlə barışıq olmaqdan keçir. Nəticə olaraq, özünü sevmək eqoistlik deyil, sağlam psixologiyanın əsas şərtidir. Erich Fromm-un fikrini xatırlamaq yerinə düşər: "Başqasını sevə bilmək üçün insan əvvəlcə özünü sevməyi bacarmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see306

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see271

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see249

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see238

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see237

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see228

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see226

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see222

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see215

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see211

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see211

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see209

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see202

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see200

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see198

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see195

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see184

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see182

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see179

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri